Accessibility links

İnsan haqları qrupları BMT-ni İranın etirazçılara qarşı təzyiqlərini araşdırmağa çağırır


İnsan haqlarının 40-dan çox təşkilatı Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından İran hökumətinin etirazçılara qarşı repressiyanı müzakirə etmək üçün təcili iclas çağırmasını istəyib.

Bazar ertəsi yayılan bəyanatda İslam Respublikasının 22 yaşlı Məsha Əmininin ölümünə qarşı ümummilli etirazları qəddarcasına yatırmasına görə narahatlıq ifadə olunub. Əmini baş örtüyünü düzgün örtmədiyi üçün Tehranda əxlaq polisi tərəfindən keçən ay həbs edilib və həbsdə olarkən vəfat edib.

İnsan haqları qruplarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin etirazçılara, eləcə də uşaqlar da daxil olmaqla, yoldan keçənlərə həqiqi güllə və metal mərmilərlə qəsdən atəş açmasına dair narahatedici sübutlar mövcuddur.

Bəyanatda deyilir ki, nümayişlər zamanı azı 23-ü uşaq olmaqla, 200-dən çox etirazçı öldürülüb, fəal, jurnalist və tələbə olmaqla, 1000-dən çox etirazçı həbs edilib.

Amnesty İnternational və Human Rights Watch təşkilatları da olmaqla, qruplar BMT-nin İnsan Haqları Şurasını (UNHRC) təhqiqat, hesabat və hesabatlılığı araşdıran müstəqil qurum yaratmağa çağırıb.

Müraciətə imza atanlar beynəlxalq ictimaiyyət hərəkətə keçməzsə, bu, çox sayda kişi, qadın və uşaq ölümünə, əlilliyə, işgəncəyə, fiziki təzyiqə və həbslərə səbəb olacağını deyib.

Bəyanatı İran İnsan Haqları, Bəlucistan İnsan Haqları Şəbəkəsi, Henqav İnsan Haqları Təşkilatı, Kürdüstan İnsan Haqları Şəbəkəsi və Beynəlxalq Sülh və Azadlıq uğrunda Qadınlar Liqası da imzalayıb.

XS
SM
MD
LG