Accessibility links

İran Almaniyanın iki diplomatını ölkədən çıxarır


İran Almaniyanın keçən həftə atdığı addıma cavab olaraq, çərşənbə günü iki alman diplomatının ölkəni tərk etməsinə göstəriş verib.

Almaniya iki iranlı diplomatı ölkədən çıxarmaq qərarına İranın alman vətəndaşı Cəmşid Şarmahda ölüm hökmü verməsinə etiraz olaraq gəlib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə günü Almaniyanın İranın "daxili və məhkəmə işlərinə" qarışdığını deyib.

İran Şarmahdı monarxist bir qrupun silahlı qanadına rəhbərlik etməkdə günahlandırıb. Şarmahdın ailəsi bu ittihamı rədd edib.

İnsan haqları qruplarının dediyinə görə, Şarmahdın məhkəmə prosesi bağlı qapılar arxasında, müttəhimlərin özlərinə vəkil seçə bilmədikləri və ya onlara qarşı irəli sürülən dəlilləri görə bilmədikləri İnqilab Məhkəməsində keçirilib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok keçən həftə hökmdən sonra deyib ki, Şarmahd "çox şübhəli şəraitdə" həbs olunub və o, "ədalətli mühakimə belə olmayıb".

Buna cavab olaraq Almaniya çərşənbə günü iki iranlı diplomatı ölkədən çıxardığını bildirib.

Berbok İranın müvəqqəti işlər vəkilini çağırdığını və ona Almaniyanın bir alman vətəndaşının hüquqlarının belə "kobud şəkildə pozulmasını" qəbul etmədiyini dediyini bildirib.

XS
SM
MD
LG