Accessibility links

İranda 3 azərbaycanlı siyasi fəal müvəqqəti azadlığa buraxılıb


İranda koronavirus yoluxma hallarının çoxalması ilə məhbusların məzuniyyətə buraxılmasının ardından 3 azərbaycanlı siyasi məhbusun məzuniyyətə buraxılma xəbəri yayıldı.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, koronavirusun İranda yayılmasından sonra 3 azərbaycanlı siyasi məhbus məzuniyyətə buraxılıb.

Martın 11-də azərbaycanlı milli fəal Kiyanuş Aslani 800 milyon tümən girov müqabilində Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azad edildi.

Milli fəal və şair Rəhim Qulami girov qarşılığında martın 12-də Ərdəbil həbsxanasından məzuniyyətə buraxıldı. Daha öncə məhkəmə həmin siyasi məhbusun məzuniyyətə buraxılma tələbini qəbul etməmişdi. Qulami Bronxial astma xəstəliyindən dolayı ötən il dekabrın 16-da tənəffüs problemi və böyrək xəstəliyi səbəbiylə huşunu itirmişdi. O, həbsxana klinikasına köçürülsə də ancaq xəstəxanaya göndərilməsinə izin verilməmişdi.

Digər məzuniyyətə buraxılan siyasi məhbus İbrahim Nuri isə ilk dəfə girov qarşılığında müvəqqəti olaraq məzuniyyətə buraxılıb. Nuri,keçən ilin iyulunda Babək qalasında keçirilən mitingtdə İran təhlükəsızlık qüvvələri tərəfindən həbs edilərək 18 ay həbs və iki il sürgünə məhkum edilmişdi.

Daha öncə Saleh Molla Abbasi, Süleyman Kazımi Əhər həbsxanasından məzuniyyətə buraxılmışdılar.

Bir neçə gün əvvəl İran Azərbaycanında 161 milli-mədəni fəal İran məhkəmə sisteminin sədri İbrahim Rəisiyə məktub yazaraq, koronavirus təhlükəsindən dolayı siyasi məhbusların müvəqqəti olaraq sərbəst buraxılmasını tələb etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG