Üç iranlı qadının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Tehran metrosunda məşhur feminist mahnısının ifa etməsi sosial mediada popularlıq qazanıb. Video ölkədə qadınların üzləşdiyi çətinlikləri və ayrı-seçkilik üzərində formalaşmış qanunlara diqqəti artırır.
Videoda mahnını ifa edən qadınlar İranda qadınlar üçün məcburi olan hicabsızdırlar. “Mən qadınam” adlı mahnı təxminən on il öncə cinsi bərabərliyinə qarşı olan qanunlara etiraz edən bir qrup qadın fəal tərəfindən hazırlanıb.
Mahnıda qadınlara ədalətsizliyə qarşı birlikdə döyüşməyi, bərabərliyin olduğu “digər bir dünya” uğrunda mübarizəyə çağırır.
Video Teleqram, Instagram və digər sosial media platformalarında sürətlə yayılıb. İzləyicilər qadınların cəsarətini alqışlayıblar.