Accessibility links

Jan-İv Le Drian: İrana qarşı sanksiyalar Yaxın Şərqdə sabitsizliyi daha da dərinləşdirəcək


Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib ki, ABŞ-ın İrana qarşı sərt sanksiyaları Yaxın Şərqdə sabitsizliyi daha da dərinləşdirəcək.

Nazir bildirib ki, sanksiyalar dialoqa təşviq etməməklə yanaşı, prezident Həsən Ruhani hakimiyyətini zəiflədərək, mühafizəkarların rolunu artıracaq.

"Bu, regionda daha artıq destabilizasiyaya yol açacaq" – deyə, o əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların İranla bağlı strategiyasını açıqlayarkən İranın nüvə fəaliyyətlərindən tamamilə əl çəkməli, ballistik raket proqramına son qoymalı olduğunu deyib. O, Tehranın Yaxın Şərqdə sabitsizləşdirici fəaliyyətlərinin dayandırmalı olduğunu da qeyd edib.

Mayk Pompeo
Mayk Pompeo

Dövlət katibi bununla yanaşı İranda amerikalı girovların vətənə qaytarılacağına vəd verib.

O deyib ki, Birləşmiş Ştatlar höküməti bu məsələ ilə bağlı “ciddi” səy göstərir və “hər vasitəyə” əl atır.

Pompeo bildirib ki, İran hətta Vaşinqton 2015-ci ildə əldə olunan nüvə razılığı çərçivəsində Tehranı sanskiyalardan azad etdiyi halda, aralarında Bəkir Namazi, Siamak Namazi, Şiyu Vanq və Bob Levisonun olduğu amerikalı girovları azadlığa buraxmayıb.

81 yaşlı Namazinin səhhətinin ağır olduğu bildirilir.

Bir neçə girovun ailəsi ABŞ-ın bu ayın əvvəli İranla nüvə razılığından geri çəkilmək qərarının onların ailə üzvlərinin təhlükəsiz şəkildə vətənə geri dönmələrini çətinləşdirə biləcəyindən narahatdır.

İran rəsmiləri deyib ki, onlar məhbus mübadiləsi məsələsini Birləşmiş Ştatlar düşmən yanaşmasını dəyişdiyi və İrana qarşı daha ehtiramlı şəkildə davrandığı təqdirdə müzakirə etməyə açıq olacaq.

Tramp nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunacağını mayın 8-də açıqlayıb.

Sənədi imzalamış digər ölkələr isə sazişi qüvvədə saxlamağa çalışır.

XS
SM
MD
LG