Accessibility links

İranlı Grammy mükafatçısı Şervin Hacıpur təxminən 4 ilə qədər həbs cəzasına məhkum edilib


Şərvin Hacıpur
Şərvin Hacıpur

İran məhkəməsi ilk dəfə "Baraye" mahnısının 2022-ci ildə etirazların himninə çevrilməsindən sonra həbs edilən Grammy mükafatçısı Şervin Hacıpuru ABŞ-ı tənqid edən musiqi yazmağa məcbur ediərək, təxminən 4 ilə qədər həbs cəzasına məhkum edib.

Hacıpur bu xəbəri İnstaqram hesabında məhkəmə hökmünün şəkli ilə birlikdə martın 1-də paylaşıb. O, vəkillərinə "əllərindən gələni etdiklərinə" görə təşəkkür edib və fars dilində heç peşman olmadığını bildirən ifadə işlədib.

Hacıpur "quruluşun əleyhinə təbliğata" görə 8 ay, "milli təhlükəsizliyi pozmaq, ictimaiyyəti iğtişaşlara sövq etmək və təhrik etmək" ittihamı ilə 3 il həbs cəzası alıb. Hacıpur iki həbs cəzasının yalnız daha uzun müddətlisini çəkəcək.

Müğənni və bəstəkara həmçinin "Amerikanın insanlığa qarşı cinayətləri haqqında musiqi bəstələmək", "Amerikanın keçən əsrdə insan haqlarını pozduğuna dair məsələləri sənədləşdirmək" və nəticələrini sosial mediada paylaşmaq tapşırılıb.

Onun həmçinin iki il müddətinə İrandan çıxışına qadağa qoyulub və digər göstərişlərlə yanaşı, sosial mediada dini kitablardan qadınlarla bağlı əlyazma qeydlərini dərc etmək tapşırılıb.

Sözləri əsasən iranlıların nəyə etiraz etdiklərini izah edən sosial media yazılarından ilhamlanan "Baraye" 2023-cü ildə "Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı" olaraq, Grammy mükafatı alıb.

2022-ci ildə etirazlar "uyğun olmayan" geyimdə olduğu iddiası ilə saxlanılan Maəhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb. Aylarla davam edən iğtişaşlar "Qadın, Həyat, Azadlıq" hərəkatını doğurdu və İslam Respublikası qarşısında yarandığı gündən bəri ən güclü çağırışlardan birinə çevrildi.

Hakimiyyət etirazları dağıdarkən yüzlərlə insan ölüb, minlərlə insan həbs edilib.

Hacıpur 2022-ci ilin sentyabrında həbs edilib və zaminə buraxılana qədər üç həftə həbsxanada saxlanıb.

Forum

XS
SM
MD
LG