Accessibility links

İranın Hərbi Dəniz Donanmasının ən böyük gəmisi Oman körfəzində batıb


İranın dövlət mediası çərşənbə günü ölkənin Hərbi Dəniz Donanmasının ən böyük gəmisinin alovlandığını və Oman körfəzində batdığını bildirib.

Xəbərlərdə bildirilib ki, Cask limanı yaxınlığına batan hərbi dəstək Xarg gəmisinin bütün heyət üzvü təhlükəsiz şəkildə evakuasiya edilib.

Yanğının necə başladığı barədə məlumat verilməyib.

Xarg İranın dənizdəki digər gəmilərini ehtiyatla təmin etməyə qadir olan az saydakı gəmilərindən biri idi.

Keçən ilin may ayında İranın Hərbi Dəniz Donanmasına məxsus gəmisi Cask yaxınlığında keçirilən təlimlər zamanı digərini səhvən raketlə vurub. Nəticədə 19 dənizçi ölüb, 15 nəfər yaralanıb.

2018-ci ildə isə İran donanmasına məxsus bir gəminin Xəzər dənizində su səddinə dəyərək batması nəticəsində iki ekipaj üzvü olüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG