Accessibility links

İran öz gəmisini vurub - 19 nəfər ölüb


İran Hərbi Dəniz Donanması Qüvvələrinin bazar ertəsi bildirdiyinə görə, təlimlər zamanı İranın bir hərbi gəmisi səhvən digərini raketlə vurub, 19 dənizçi ölüb, 15-i yaralanıb.

Hadisə Əmman körfəzində, dünya neftinin təxminən beşdə bir hissəsinin keçdiyi Hörmüz Boğazı ilə birləşən su yolunda keçirilən təlimlər zamanı baş verib. İran həmin ərazidə müntəzəm olaraq təlimlər keçirir.

Dəstək Konarak gəmisi raket atəşinə Friqat Camaran təlim gəmisi tərəfindən məruz qalıb. İRİB dövlər televiziyası dəstək gəmisinin hədəfə çox yaxın olduğu üçün vurulduğunu deyib.

"Hadisə bazar günü günortadan sonra İranın Oman körfəzindəki Bəndər-i Cəsk limanının perimetrində İran Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı baş verib. Nəticədə 19 dənizçi həlak olub, 15 nəfər yaralanıb" - deyə, dövlət televiziyası donanmaya istinadən bildirib.

Fars xəbər agentliyi adının açıqlanmadığı bir hərbi rəsminin bəzi İran mediasında Konarakın batdığı barədə xəbərləri təkzib etdiyini bildirib.

XS
SM
MD
LG