Accessibility links

İranda internetə yerləşdirilmiş videoda rəqsə görə həbs edilən gənclər azad edilib (VİDEO)


Tehran polisi Amerika müğənnisi Farrel Uilyamsın "Happy" mahnısının sədaları altında rəqsin etdikləri videonu internetə yerləşdirən altı gənci həbs etdikdən sonra azadlığa buraxıb.

İnstagram sosial səhifəsində bölüşmüş şəkildə videoda rəqs edən qızlardan biri azad edildiyini bildirib. İnsan Hüquqları Beynəlxalq Kampaniya isə Twitter-də rəqqasların ailələrinə yaxın mənbələrə istinadən quruluşçu-rejissordan başqa videonu hazırlayan bütün şəxslərin azad edildiyi haqda yazı yerləşdirib.

Videoda üç gənc oğlan və başı açıq üç qızın küçədə və evin damında rəqs etdikləri nümayiş etdirilir.

Tehran şəhər polis rəisi videoda nümayiş etdirilən klipi vulqar adlandıraraq, cəmiyyətin mənəvi dəyərlərini sarsıtdığını deyib. İranın islam qanununa görə qadın başdan ayağa örtülü olmalıdır.

Polis rəisi əlavə edib ki, rəqs edənlərin altısının da həbs edilməsi bir neçə saat vaxt aparıb.

Video internetə aprel ayında yerləşdirilib. Videonun orijinalı internetdən çıxarılsa da, surətlərini mövcuddur.

Müğənni Farrel Villiams özünün ‏@Pharrell tvitter hesabında yazıb ki, xoşbəxtliyi paylaşmaq istəyən altı nəfərin həbsi üzücü xəbərdir.
XS
SM
MD
LG