Accessibility links

İran Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi "Shahed-131" kamikadze dronlarını təkmilləşdirib


CNN xəbər agentliyi Britaniyanın "Conflict Armament Research" (CAR) analitik şirkətinin hesabatına istinadən xəbər verir ki, İran, çox güman ki, ölkənin Rusiyaya tədarük etdiyi pilotsuz uçuş aparatlarını Ukraynada infrastruktura maksimum ziyan vura biləcək şəkildə dəyişdirib.

CAR mütəxəssisləri 2022-ci ilin oktyabrında İranın Odessa yaxınlığında tapılan "Şahed-131" pilotsuz təyyarəsinin partlamamış döyüş başlığını araşdırıb və istehsalçının pilotsuz təyyarənin döyüş başlığını "tez bir zamanda dəyişdirdiyi" qənaətinə gəlib. Başlığa partlayış zamanı geniş məsafəyə səpələnən kiçik metal parçaları əlavə edilib.

Analitiklər həmçinin "Şahed-131"in döyüş başlığına daha güclü partlayışa qadir olan və zirehi dağıda bilən 18 kiçik element əlavə edildiyini bildirib. CNN tərəfindən qeyd edildiyi kimi, bu elementlərin əlavə edilməsi döyüş başlığının elektrik stansiyalarına, elektrik xətlərinə və transformatorlara dəymə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır, zərbədən sonra təmiri xeyli çətinləşdirir.

Tapılan döyüş başlığını tədqiq edən CAR analitiklərindən biri Damiyen Splitters hesab edir ki, modifikasiyanın məqsədi məhvetmə radiusunu artırmaq və pilotsuz təyyarəni daha da dağıdıcı etməkdir.

"The Wall Street Journal"ın bundan əvvəl öz mənbələrinə istinadən yazdığına görə, İran və Rusiya Rusiya Federasiyası ordusunun Ukraynaya hücumlarında istifadə etdiyinə bənzər İran istehsalı pilotsuz təyyarələrin istehsalı üzrə müəssisəni Rusiya ərazisində işə salmağı planlaşdırır.

XS
SM
MD
LG