Accessibility links

İran Amerikanı hədələyir


independently verify the content, location or date of this image.)
independently verify the content, location or date of this image.)
İranın İnqilab Qvardiyası ballistik raket sınaqlarının üçüncü gününə daxil olduqca, Tehran hücuma məruz qaldığı təqdirdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını bir neçə dəqiqə ərzində darmadağın etməklə hədələyib.

İsrail mübahisəli nüvə proqramı ətrafında gedən danışıqlarda proqres əldə olunmadığı halda İrana hücum edəcəyinə eyham vurub. ABŞ da son əlac kimi hərbi variantın masa üzərinə qaldığını deyir, lakin hələlik iqtisadi sanksiyaları davam etdirməyə üstünlük verir.

“Bu bazaların hamısı bizim raketlərin radiusundadır və işğal olunmuş torpaqlar (İsrail) də bizim üçün yaxşı hədəfdir,” deyə İnqilab Qvadiyasının aerofəza diviziyasının komandiri Əmil Əli Hacızadə bildirib.

Hacızadə deyir ki, 35 ABŞ hərbi bazası İranın ballistik raketlərinin qət edə biləcəyi məsafədə yerləşir. Bu raketlərin son modelləri 2000 kilometr məsafədəki hədəfi vurmağa qadirdir.

“Biz hücumdan bir neçə dəqiqə sonra bu raketləri işə salmağı planlaşdırmışıq,” deyə Hacızadə əlavə edib.

Müdafiə ekspertləri İranın bu növ iddialarına skeptik yanaşırlar. Çoxlarının fikrincə İranın hərbi imkanları ABŞ-ın mürəkkəb müdafiə sistemindən texnoloji baxımdan xeyli geridə qalır.
XS
SM
MD
LG