Accessibility links

ABŞ İranda hicaba etiraz edən qadınların həbsini pisləyib


ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib. Həmin qadınların ikisi ana-baladır.

“İran rejiminin Yasaman Aryani, Monireh Arəbşahi və Mojqan Keşavərzi sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik”, departamentin sözçüsü Morqan Ortaqus avqustun 14-də tvitində yazıb. O, “bütün ölkələri bu kobud pozuntunu pisləməyə” çağırıb.

Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirdiyinə görə, son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub,

Nyu Yorkda mənzillənən insan haqları qurumu 23 yaşlı Aryani, onun anası Arəbşahi və 9 yaşlı qızın anası Keşavarz apreldə Tehranda saxlanılaraq, ötən ay məhkum ediliblər.

Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

“Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq”, Arəbşahinin bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini “dövlətin təhlükəsizliyinə qarşı birləşməyə” görə 5 il, “dövlətə qarşı təbliğata” görə 1 il, “əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə” görə 10 illik həbsə məhkum edib.

Keşavərzi bundan başqa “müqəddəsləri təhqir etdiyinə” görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apellyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəza çəkəcəklər.

1979-cu il islam inqilabından bəri İranda qadınların geyiminə qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG