Accessibility links

İran hakimiyyəti qadınlara 10 il həbs cəzasını nəzərdə tutan "Hicab və İffət Qanunu" qəbul edib


The Guardian agentliyinin bildirdiyinə görə, İran parlamenti İslami geyim tərzini "ələ salan" qadınlara 10 il həbs cəzası nəzərdə tutan "Hicab və İffət Qanunu" qəbul edib.

Sənədin qəbulunun lehinə 152, əleyhinə 34 deputat səs verib, 7 deputat bitərəf qalıb. Qanun layihəsi Mühafizə Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Hazırda lazımi görkəmdə olmayan qadınlar polis orqanları tərəfindən saxlanaraq, cərimə ödəməyə məcbur edirlir.

BMT-nin insan haqları üzrə ekspertləri yeni qanunu "gender ayrı-seçkiliyi" adlandırıb və qadınları tamamilə tabe olmağa məcbur etmək cəhdi olduğunu deyib.

BBC xəbər agentliyinin Rus Xidmətinin iranlı qadınların dediklərinə istinadən bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan qadınlara çox zaman işgəncə verir, hətta onları zorlayır. Polisin qızlardan birini meyitləri yumaq üçün morqa göndərmək kimi "ağla gəlməyən cəzalar" tətbiq etdiyi bildirilib.

İran məhkəməsi cərimədən əlavə, geyim qaydalarını pozan qadınları insan ləyaqətini alçaldan xüsusi terapiyadan keçməyə məcbur edə bilər.

Rəsmilərin fikrincə, hicaba görə cəzanın sərtləşdirilməsi dini qaydalara əməl olunmasına nəzarəti gücləndirəcək. 2022-ci ilin payızında ölkəni bürümüş etirazlardan sonra bir çox iranlı qadın ictimai yerlərdə hicaba məhəl qoymamağa başladı. Qeyri-rəsmi statistikaya görə, hazırda İslam Respublikasında qadınların təxminən 20 faizi küçələrə başıaçıq, cins şalvar və digər oxşar geyimlərdə çıxır.

İranda qadınlardan hicab taxmaq tələbi 1979-cu ildən, ölkədə radikal İslamçıların hakimiyyətə gəlişindən bəri başlayıb. Hicab taxmamaq və ya düzgün geyinməmək cərimə və ya həbslə nəticələnə bilər. Ölkədə İslam normalarına əməl edilməsinə, eləcə də hicab taxılmasına əxlaq polisi nəzarət edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG