Accessibility links

İran və Hizbullah Suryada silahlı qruplaşma şəbəkəsi qurur


Vaşinqton Post qəzetinin yazdığına görə, İran və Livanın Hizbullah qrupu prezident Bəşar Əl-Əsəd höküməti dağılarsa, öz maraqlarını qorumaq üçün Suryada silahlı qruplaşma şəbəkəsi yaradır.

Məlumatda adları açıqlanmayan ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən, ilk hədəfin üç ilə yaxınlaşan vətandaş müharibəsində üsyançı qüvvələrə qarşı döyüşən Əsədin hərbi qüvvələrini dəstəkləməkdir.

Rəsmilər deyir ki, hökümət dağılarsa qrupun əslində uzunmüddətli hədəfi Suryada etibarını saxlamaqdır.

Hizbullah və İran rəsmiləri məlumta münasibət bildirməyib.

Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, 2011-ci ilin mart ayından davam edən münaqişədə 60 000-dən çox insan həlak olub.
XS
SM
MD
LG