Accessibility links

İnsan haqları qrupu İran hökumətinin etiraz aksiyaları zamanı uşaqları zorakılığa məruz qoyduğunu bildirib


Arxiv fotosu - Tehranda 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq aksiya, 27 oktyabr 2022.
Arxiv fotosu - Tehranda 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq aksiya, 27 oktyabr 2022.

İnsan haqları Human Rights Watch qrupunun bildirdiyinə görə, İranda kütləvi etirazları yatıran təhlükəsizlik qüvvələri uşaqları öldürüb, işgəncə verib və cinsi təcavüzə məruz qoyub.

"İran hökuməti həmçinin hüquqi qarantiyaları pozaraq, uşaqları həbs edib, sorğu-sual və mühakimə edib. Hakimlər uşaqların ailələrinə uşaqlarını müdafiə etmək üçün seçdikləri vəkilləri tutmasına qadağa qoyub, uşaqlara qarşı qeyri-müəyyən ittihamlar irəli sürüb və onları uşaq işləri üzrə yeganə yurisdiksiya olan yeniyetmələr üçün məhkəmələrdən kənarda mühakimə edib," Human Rights Watch çərşənbə axşamı açıqladığı hesabatında bildirib.

İnsan haqları qrupu bildirib ki, İran həbsdən azad edilən uşaqların məktəbə qayıtmasına mane olub və hakimiyyət orqanları onların ailələrinin sosial rifah proqramlarına çıxışlarını əngəlləyib.

Human Rights Watch-un İran üzrə baş tədqiqatçısı Tara Sepehri Far hesabatda Mahsa Əmininin polis nəzarətində öldürülməsinə qarşı etirazların başlamasından bəri yeddi ay ərzində İran kökuməti "hətta uşaqları susdurmaq" üçün dövlətin gücündən istifadə etdiyini deyib.

İranın dövlət Tasnim xəbər agentliyinin 2023-cü il aprelin 17-də dərc etdiyi görüntüdə polisin ictimai nəqliyyatlarda hicab taxmayan qadınları müəyyən etmək və onlara İranın məcburi hicab qanununa riayət etmələri üçün xəbərdarlıq mesajları göndərəmək üçün küçə kameralarından necə istifadə edəcəyi nümayiş etdirilib.

"İran liderləri uşaqlara cinsi təcavüz və işgəncə vermək üçün öz qəddar təhlükəsizlik qüvvələrindən istifadə edib və uşaqları gülünc dərəcədə ədalətsiz məhkəmələrdə mühakimə edilməkdən qurtarmayıb," Sepehri Far deyib.

Hesabatda sənədləşdirilmiş hallar arasında rəsmilərin döyülmə zamanı qabırğası sınmış 13 yaşlı oğlan kimi uşaqlara tibbi yardım göstərməməsi kimi hallar daxildir.

Başqa bir hesabatda orta məktəb şagirdinin noyabr ayında həbs olunduqdan sonra elektrik şoku, dəyənək və qamçı ilə uzun müddət işgəncələrə məruz qaldığı sənədləşdirilib.

İranın məcburi hicab qanununu tətbiqinə daxili nəzarət proqramı bir çox qadının buna məhəl qoymaması, hüquqşünasların onu kəskin tənqid etməsi və fəalların qanunu pozmağa cəhd etməsi ilə zəif start götürüb.

İranın dövlət mediası proqramın aprelin 15-dən qüvvəyə mindiyini bildirib. Bir həftə əvvəl İranın milli polis rəisi Əhməd Rza Radan deyib ki, dünyəvi iranlılar tərəfindən qınanılan islami geyim koduna uyğun olaraq saçlarını ictimai yerlərdə örtmək üçün hicab taxmağı tələb edən qanunu pozan qadınları müəyyən etmək məqsədilə küçə kameraları da daxil olmaqla, qabaqcıl müşahidə imkanlarından istifadə ediləcək.

XS
SM
MD
LG