Accessibility links

ABŞ Ərəbistan dənizində İran istehsalı olan silah-sursatı ələ keçirib


Bu həftə ABŞ Ərəbistan dənizində keçirdiyi əməliyyat zamanı İrandan Yəməndəki Husi militantlarına göndərildiyi güman edilən yüzlərlə raket, silah və döyüş sursatını ələ keçirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), 'USS Normandy' bu məlumatı cümə axşamı, dənizçilər gizli silahları Ərəbistan dənizində aşkar edəndən dörd gün sonra açıqlayıb.

Mərkəzi Komandanlıq əməliyyat zamanı ABŞ 'Dehlavieh' kimi tanınan 150 tank əleyhinə raketin aşkar edildiyini bildirib. Rəsmilər həmin raketlərin Rusiyanın 'Kornet' adlı tank əleyhinə raketlərinin İran versiyası olduğunu deyib.

ABŞ dənizçilər həmçinin üç 'yer-hava' raketi, termal nişangah, hava və quru dronları üçün komponentlər, döyüş sursatları və silah parçaları ələ keçirib.

ABŞ rəsmiləri bildirib ki, ilkin araşdırma nəticəsində silah və komponentlərin haradan göndərildiyinə dair şübhənin olmadığını bildirib.

"Hər şey bu silahların İranda istehsal olunduğuna işarə edir" - deyə, CENTCOM-un sözçüsü, komandir Zakari Harrell Amerikanın Səsinə bildirib. "Bunların hamısı İranda hazırlanan silahlar haqqında bildiyimiz şeylərə çox uyğundur" - deyə, o əlavə edib.

USS Forrest Sherman
USS Forrest Sherman

CENTCOM ələ keçirilən silah sistemlərinin çoxunun noyabr ayında Ərəbistan dənizində 'USS Forrest Sherman' tərəfindən keçirilən əməliyyat zamanı ələ keçirilmiş sistemlərlə eyni olduğunu deyib.

"Bu cür silahların Yəmənə göndərilməsi BMT Təhlükəsizlik Şurasının Husilərə birbaşa və ya dolayı yollarla silah satışını və ya təhvil verilməsini qadağan edən qətnaməsinin pozulması deməkdir" - deyə, Mərkəzi Komandanlığın bəyanatında bildirilib.

Rəsmilər ekipaj üzvlərindən heç birinin militant qruplarla əlaqəsi olduğuna dair dəlilin olmadığını deyib.

XS
SM
MD
LG