Accessibility links

İran İdliblə bağlı Suriyanı dəstəkləyir


İran Suriyanın qarşıdakı hücumlarını dəstəkləyərək, müxalifətin sonuncu əsas istehkamını geri almaq üçün Suriyanın şimal-qərbindəki İdlib bölgəsinin "terrorçulardan” təmizlənməsinin vacibliyini bildirdi.

Suriya 2011-ci ilin əvvəlindən etibarən müxtəlif sahələrdə nəzarət etmək üçün mübarizə aparan hökumət qüvvələri, üsyançı qruplar və hərbçilər də daxil olmaqla çoxsaylı tərəflərlə müharibə şəraitindədir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz suriyalı həmkarı və Suriya prezidenti Bəşər Əsədlə görüşmək üçün bazar ertəsi günü Dəməşqə səfər edib.

​İran mediası Zərifdən sitat gətirərək İdlibin Suriya xalqının nəzarəti altına alınmalı və qaçqınların geri qaytarılması üçün Suriyada yenidənqurma işlərinin aparılmalı olduğunu yazıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Ölkə 2011-ci ilin əvvəlindən etibarən müxtəlif sahələrdə nəzarət etmək üçün mübarizə aparan hökumət qüvvələri, üsyançı qruplar və hərbçilər də daxil olmaqla çoxsaylı tərəflərlə müharibə şəraitindədir.

​Əsəd qüvvələri Rusiya və İranın hərbi dəstəyi ilə son illərdə böyük şəhərləri geri alıb və tez-tez İdlibə qaçmağa imkan verən müxalifət döyüşçüləri və vətəndaşlarla müqavilələr bağlayıblar.

İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasemi Tehranda jurnalistlərə verdiyi açıqlamada, Suriyanın öz ərazilərini terroristlərdən islah etmək üçün hər cür haqqının olduğunu və İranın Suriyaya dəstəyinin davam edəcəyini bildirib.

Əsəd höküməti uzun müddətdir ki, hər hansi müxalifət döyüşçülərinə “terrorist” adlandırır. İdlib bölgəsində qərargahlananlar arasında həm Nüsrah Cəbhəsi kimi militantlar, həm də digər üsyançı qruplar yer alır.

Zərifin səfəri Tehranda Suriyadakı vəziyyəti müzakirə etmək üçün İran, Rusiya və Türkiyə prezidentləri arasında cümə günü planlaşdırılan üçtərəfli görüşdən öncəyə təsadüf edir.

XS
SM
MD
LG