Accessibility links

Minlərlə iranlı İslam inqilabının 41-ci ildönümünü Amerikaya nifrət şüarları ilə qeyd edib


Amerika ilə gərginliyin artdığı bir vaxt çərşənbə axşamı səhər on minlərlə iranlı İslam inqilabının 41-ci ildönümünü qeyd etmək üçün Tehran və digər şəhərlərin küçələrinə çıxıb.

Dövlət televiziyası ilə paytaxt Tehran, Məşhəd, Əhvaz və Kərman da daxil olmaqla, ondan çox şəhərində "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirilən insanların toplaşdığı nümayişlər göstərilib.

Keçən ay ABŞ-ın pilotsuz təyyarəsinin Bağdadda İranın yüksək səviyyəli hərbi komandiri Qasım Süleymanini öldürməsi və İranın buna cavab olaraq ABŞ-ın İraqdakı bazasına raket hücumlarından sonra iki ölkə arasında gərginliklər yüksək həddə çatıb.

İki ölkə arasında gərginliklər Birləşmiş Ştatların 2018-ci ildə İranla dünya qüdrətli ölkələr arasında 2015-ci ildə imzlanmış nüvə sazişindən çıxması və Vaşinqtonun Tehrana təzyiq göstərmək üçün İran iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər verən sanksiyaları bərpa etməsindən sonra artmışdı.

Tasnim xəbər agentliyinin bildirdiyinə görə, inqilabın ildönümü İranın raketlərini nümayiş etdirməsilə qeyd edilib. İranın dövlət televiziyasında raket sınaqları və yeraltı raket bazalarının arxiv video görüntülər nümayiş etdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG