Accessibility links

İranın internet fəalı 5 illik həbs cəzasına başladı


Ötən il ABŞ-ın sanksiyasına məruz qalan və dissidentlərə qarşı qəddar rəftarı ilə tanınan hakim tərəfindən 5 illik həbs cəzasına məhkum edilmiş İranın internet fəalı cəza müddətini çəkməyə başlayıb.

Hökm bu yaxınlarda Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıb.

İşlə yaxından tanış olan bir iranlı mənbə bazar ertəsi Amerikanın Səsinin Fars şöbəsinə zəng edərək, fəal Ataulla Rezayinin bir gün əvvəl Tehran ofisinə çağırıldıqdan sonra özünü İran məhkəmə orqanlarına təslim etdiyini bildirib. Mənbənin bildirdiyinə görə, o, cəza çəkmək üçün bazar ertəsi İran paytaxtından 150 kilometr cənubda, yaşadığı Qum şəhəri yaxınlığındakı Langerud həbsxanasına göndərilib.

Mənbə Tehranın Apellyasiya Məhkəməsinin Rezayinin beş illik həbs cəzasını qüvvədə saxladığını və onun həbs edilməsinə qərar verdiyini bildirib. 2019-cu ilin may ayında İranın kiber polisi tərəfindən Qumda həbs edilən Rezayi məhkəmə prosesini gözləməsi üçün həmin ilin avqustunda pul müqabilində sərbəst buraxılıb. Rezayinin həbsinə səbəb olan onlayn fəaliyyətinin nədən ibarət olduğu hələ də bəlli deyil.

Aşağı İnqilab Məhkəməsi keçən il dekabr ayının 3-də fəalı 3 ittiham üzrə həbsə məhkum etmişdi. Bunlara milli təhlükəsliyiə hədə, ali ruhani rəhbər Əli Xamenyinin təhqiri və dövlət əleyhinə təbliğat daxildir. Məhkəmə ittihamlara görə 5, 2 və 1 il həbs cəzası hökmü vermişdi.

XS
SM
MD
LG