Accessibility links

“İqtisadi tənəzzül və regional təcrid İranın 1979-cu il inqilabına ideoloji bağlılığının nəticəsidir“


İran bəzi təhlilçilərinin fikrincə, ölkədə uzun müddətdir davam edən iqtisadi tənəzzül və İslamçıların hakimiyyətdə olmasının 42-ci ildönümünü qeyd etdiyi bir vaxt regional təcridin artması hökmətin 1979-cu il inqilabına ideoloji bağlılığının davam etdirməsinin nəticəsidir.

Koronavirusla əlaqəli məhdudiyyətlər səbəbindən İran rəsmiləri inqilabın ildönümünü əvvəllər olduğu kimi ənənəvi mitinqlərlə deyil, hökumət tərəfdarlarını səfərbər edərək, çərşənbə günü ümummilli nəqliyyat vasitələrinin yürüşləri ilə qeyd edib.

İranın şiə ruhaniləri bir neçə ay davam edən mitinqlərdən sonra 1979-cu il fevralın 11-də İslam İnqilabı edərək, şah Məhəmməd Rza Pəhləvini devirib hakimiyyəti ələ keçirdi. İran prezidenti Həsən Ruhanınin cümə axşamı etdiyi müraciətində o, bir gün davam edən yürüşlərin “bu kritik anda böyük İran xalqının həmrəylik və ayıqlıq” nümayiş etdirdiyini deyib.

İran Prezidenti Həsən Ruhani
İran Prezidenti Həsən Ruhani

"Əgər siz Tehranın rəsmi göstərişlərindən uzaqlaşsanız, mənzərə çox fərqli olar" - deyə, Yaxın Şərq İnstitutunun İran Proqramı direktoru Aleks Vatanka çərşənbə günü Amerikanın Səsinə bildirib.

“İransa iqtisadi və siyasi durum yaxşı deyil. Vətəndaş cəmiyyəti ümidisizliyə qapılıb. İranların əksəriyyəti ölkələrinin yanlış yolda irəlilədiyini və bu günün sevindirici olmadığını düşünür. 1979-cu ildə baş verənlərə görə bu gün təəssüf günüdür” - deyə, Vatanka əlavə edib.

2018-ci ildən, ABŞ-ın sanksiyalarını sərtləşdirməsindən sonra İran hökumətinin uzun müddətdir davam edən iqtisadiyyata dair səhv rəhbərliyi vəziyyəti daha da ağırlaşdırıb. Beynəlxalq Monitorinq Fondunun keçən ay dünya iqtisadiyyatı haqda yayımladığı son hesabatında İranın ardıcıl üçüncü ildir tənəzzül şəraitində yaşadığını, bu il isə Ümumdaxili Məhsul artımına qayıdacağını proqnozlaşdırıb.

Uzun müddətdir ki, regional düşməni İsrailin məhvinə çağıran İslamçıların idarə etdiyi İran keçən il də qonşularından təcrid vəziyyətində qaldı. ABŞ-ın vasitəçiliyi ilə İsrail Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə barışıq müqavilələri imzaladı. İsraillə Körfəz Ərəb ölkələri arasında ilk belə razılaşmalar Tehranın regional münaqişələrdə İranyönümlü üsyançıları dəsətkləməsinə dair narahatlıqlar fonunda əldə edilib.

İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə barışıq sazişləri onun İranla həmsərhəd və ətraf bölgələrdəki 13 ölkədən 6-sı ilə əlaqələrinin genişlənməsinə imkan verib.

İsrailin Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistanla əlaqələri olsa da, hələ də Əfqanıstan, İraq, Küveyt, Oman, Pakistan, Qətər və Səudiyyə Ərəbistanı ilə rəsmi əlaqələri yoxdur.

XS
SM
MD
LG