Accessibility links

Müşahidəçilər: İranın dəstəklədiyi şiə silahlı qüvvələr İraqın suverenliyinə təhdiddir


İraqın Baş naziri Mustafa Əl-Kazimi
İraqın Baş naziri Mustafa Əl-Kazimi

Noyabrın 7-də İraqın baş naziri Mustafa Əl-Kazımiyə sui-qəsd cəhdinə görə məsuliyyəti üzərinə götürən olmayıb. Lakin analitiklər şübhələrin keçən ay keçirilən parlament seçkilərində məğlub olan İranın dəstəklədiyi İraqdakı şiə silahlı qüvvələrin üzərinə düşdüyünü deyir.

Yaxın Şərq üzrə müşahidəçi Xalid Əbu Zəhr Səudiyyə Ərəbistanının News Daily qəzetində səsvermənin nəticələrinin İraq ictimaiyyətinin yarı-hərbi şiə qüvvələrini rədd etdiyini, eyni zamanda Tehrana “dövlətinizlə məşğul olun və daxili işlərimizə qarışmayın” mesajını verdiyini yazıb.

Əbu Zəhr iddia edir ki, İraqın milli suverenliyini qorumağın yeganə yolu “yarı-hərbi qüvvələrinin qanuniliyinin ləğv edilməsi və onların silahlarını təhvil verməsidir”.

“Silahlı dəstələr hər bir səsi təhlükəyə atmağa və təhdid etməyə davam etdikcə, İraq suverenliyini saxlaması mümkün olmayacaq” - deyə, o bildirib.

O, İranın dəstəklədiyi hərbi dəstələri tənqid edən 30 iraqlı fəalın son üç ildə öldürüldüyünə diqqət çəkir və “iraqlılar bu təhlükəyə qarşı birləşənə qədər daha nə qədər qətl və oğurluq olacaq?” - deyə, o sual edib.

Vaşinqtondakı Newlines İnstitutundan baş analitiki Nikolas Heras Əl-Kazimiyə qarşı sui-qəsd cəhdini belə qiymətləndirib: “İranın bu kölgə yaraqlıları üzərində tam nəzarəti yoxdur və bu, ABŞ-ı narahat etməlidir."

O hesab edir ki, əl-Kazimi milisləri cilovlamaq üçün qanun-qaydadan istifadə etməyə çalışır.

“İran faktiki olaraq İraq daxilində hərbi dəstələr yaradıb. Birinin başını kəsirsən, yerinə başqası çıxır. Baş nazir Kaziminin hazırda üzləşdiyi problem budur. O, qanunsuz silahlı qruplaşmaların fəaliyyət göstərdiyini və bunun İraq qanunlarına zidd olduğunu əsas gətirərək, bu dəstələri araşdırmaq və sonra kökünü kəsmək üçün hüquq-mühafizə orqanlarının müdaxilə etməsini istəyir”.


XS
SM
MD
LG