Accessibility links

İran İraqın ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin ölkədən çıxarılması çağırışını dəstəkləyir


İraq ordusunun əsgərləri Bağdadda Ordu Günü münasibətilə keçirilən paradda
İraq ordusunun əsgərləri Bağdadda Ordu Günü münasibətilə keçirilən paradda

ABŞ-ın Bağdadda iranyönlü komandiri öldürməsindən sonra İran qonşusu İraqın ABŞ-ın rəhbərlik etdiyi anti-cihad koalisiyasını öz ərazisindən çıxarmaq çağırışını dəstəkləyib.

"İraqa gəldikdə, Amerika hökumətinin son zamanlar verdiyi qərarlardan sonra İraq hökuməti öz mövqeyini açıq şəkildə bəyan edib," Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

Kənani İranın qonşusunun öz ərazisində "təhlükəsizliyini qorumaq üçün lazım olan qabiliyyətə, gücə və səlahiyyətə" malik olduğuna əmin olduğunu deyib.

Kənani "Biz İraq da daxil olmaqla, dəfələrlə region ölkələrinin hakimiyyət orqanlarına öz fikirlərimizi bildirmişik və bəyan etmişik ki, Amerika qüvvələrinin hər hansı formada olması sabitliyin və sülhün qorunmasına yardım etməyəcək" deyib.

Keçən həftə Bağdadın ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın ölkədən çıxarılması prosesinə başlayacağını elan etməsinə baxmayaraq, bazar ertəsi Pentaqon hazırda İraqda olan təxminən 2500 əsgərini oradan çıxarmağı planlaşdırmadığını bildirib.

Hərbi Hava Qüvvələrinin general-mayoru Patrick Rayder mətbuat brifinqində İslam Dövləti üçün qısaldılmış sözdən istifadə edərək "Hazırda mənim hər hansı plan (geri çəkilmək planı) barədə heç bir məlumatım yoxdur. Biz diqqətimizi İŞİD-i məğlub etmək missiyasına yetirməyə davam edirik" deyib. O, əlavə edib ki, ABŞ qüvvələri İraq hökumətinin dəvəti ilə buradadır.

Rayder Bağdadın ABŞ qoşunlarını çıxarmaq qərarı ilə bağlı Müdafiə Nazirliyinə göndərdiyi hər hansı bildirişdən xəbərsiz olduğunu və məsələ ilə bağlı diplomatik müzakirələrin aparılması üçün jurnalistləri ABŞ Dövlət Departamentinə yönləndirdiyini bildirib.

Cümə axşamı ABŞ-ın pilotsuz uçuş aparatının hücumu nəticəsində İraq silahlı qüvvələrinə inteqrasiya olunmuş, İran tərəfdarı keçmiş yarı-hərbi birləşmələrdən ibarət "Hərəkat Əl-Nuşabə" fraksiyasının "Həşd Əl-Şəabi”"qruplaşmasının hərbi komandiri və bir üzvü həlak olub.

Vaşinqton Bağdaddakı hücumu özünümüdafiə aktı adlandırsa da, baş nazir Məhəmməd Şiya Əl-Sudani hökuməti bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın "açıq-aşkar təcavüzü" kimi qiymətləndirib.

Sudani cümə günü cihada qarşı koalisiyaya "son qoymağa" qərarlı olduğunu bəyan edib.

Onun hökuməti Tehrana qoşulan partiyaların dəstəyinə arxalanır və o, son həftələr xarici qoşunların İraqı tərk etməsini istədiyini dəfələrlə bildirib.

Regional gərginlik artmaqdadır. İsrail-HƏMAS müharibəsinin nəticələri İraqda və Yaxın Şərqdə getdikcə daha çox hiss olunur.

Oktyabrın 7-dən, İsrail və Fələstinin İranın dəstəklədiyi HƏMAS qrupu arasında başlayan döyüşlərdən sonra ABŞ və 2014-cü ildən bəri İraqa İslam Dövləti qruplaşmasına qarşı mübarizə üçün yerləşdirilən koalisiya qüvvələri müntəzəm olaraq hücumlara məruz qalıb.

Vaşinqtonun dediyinə görə, oktyabrın ortalarından bəri İraqdakı və qonşu Suriyadakı qüvvələrinə 100-dən çox hücum olub.

Forum

XS
SM
MD
LG