Accessibility links

ABŞ İranın raket hücumlarını tənqid edib


ABŞ İranın Suriyanın şərqində militant adlandırdığı qüvvələrin mövqelərini hədəf alan raket hücumlarını tənqid edərək, bu addımı düşünülməmiş və təhlükəli adlandırıb və bunun vəziyyəti gərginləşdirəcəyini bildirib.

Pentaqon sözçüsü, komandir Şan Robertson Amerikanın Səsinə bildirib ki, İran bazar ertəsi səhər raket hücumları barədə Suriyada fəaliyyət göstərən digər hərbi qüvvələri əvvəlcədən xəbərdar etməyib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, şimal-qərbi Kermənşah vilayətindən atılan altı raket İraqın mərkəzindən keçərək İraq sərhədi yaxınlığında, Suriyanın şərqində Albu Kamal şəhərində hədəflərə düşüb.

“Onlar Əhvaz hücumunda iştirak edənlər güllələrdən istifadə edib. Biz onlara cavab vermək üçün raketlərdən istifadə etdik” - deyə, adını açqlamayan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib.

İran hücumdan əvvəl İraqın razılığını alıb-almadığı barədə fikir bildirməyib.

ABŞ-ın başçılıq etdiyi koalisiya da Suriya və İraqda terrorçuları məhv etmək üçün uzun zamandır əməliyyatların bir hissəsi olaraq Suriyanın şərqində İŞİD qrupunun yaraqlılarını hədəf alır.

XS
SM
MD
LG