Accessibility links

İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı vəfat edib


İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 18-də İranın təhlükəsizlik aparatının yüksək səviyyəli rəsmisinin vəfat etdiyini bildirib.

Korpus 65 yaşında vəfat edən briqada generalı Məhəmməd Hüseyinzadə Hecazi İranın hərbiləşdirilmiş Qüds İnqilab Keşikçiləri komandirinin müavini vəzifəsində çalışıb. Bu, elit və nüfuzlu bölmə xarici əməliyyatları izləyən bir qrupdur. Hicazi ekspedisiya qüvvələrinin rəhbərliyinə kömək edir, İraq, Livan və Suriyaya tez-tez səfərlər edib.

1956-cı ildə İsfahan şəhərində anadan olan Hecazi 1979-cu ildəki İslam İnqilabından sonra İnqilab Keşikçiləri Qoşuvvələrinə qatılıb. O, 10 il ölkənin təhlükəsizliyini təmin edən və siyasi aparatın sütununa çevrilən hərbiləşdirilmiş könüllü Bəsic korpusuna rəhbərlik edib.

Hicazi Qvardiyanın Livandakı hərbiləşdirilmiş qüvvələrinə rəhbərlik etdikdən sonra keçən ilin aprelində Qüds Qüvvələri komandirinin müavini vəzifəsinə təyin edilib. İran mətbuatının bildirdiyinə görə, o, İraq və Suriyada İslam Dövlətinə qarşı döyüşən qüvvələri birləşdirib.

Qvardiya açıqlamasında Məhəmməd Hüseyinzadə Hecazinin ürək xəstəliyindən öldüyünü birldirib və ətraflı məlumat verməyib.

XS
SM
MD
LG