Accessibility links

Netanyahu: İran Abadə bölgəsindəki məxfi yerdə nüvə silahı inkişaf etdirirdi


İsrail baş naziri Benyamin Netanyahu deyir ki, Tehran ölkənin Abadə bölgəsindəki gizli məkanda bir müddət nüvə silahı inkişaf etdirib.

Netanyahu İranın nüvə silahı istehsal etdiyi yerlər barədə İsrailin əvvəllər də məlumatı olduğunu və keçən il ilk dəfə İran sənədlərinə istinadən bu yerin kəşf edildiyi barədə məlumatın açıqlandığını bildirib.

Bu yerdə İran nüvə silahları inkişaf etdirmək üçün eksperimentlər aparıb.


Netanyahu həmin ərazinin İranın İsfahan şəhərinin cənubunda yerləşdiyini, İranın həmin ərazidə nüvə silahının inkişafı üçün "təcrübələr" apardığını deyib.

İsrailin həmin yeri aşkar etdiyini biləndən sonra İran oranı dağıdıb, deyə Netanyahu bildirib.

İsrail liderinin son açıqlaması BMT nüvə agentlyinin İranın başqa yerlərində də uran izləri tapdığını, lakin bu haqda Tehranın məlumat vermədiyini müəyyən etməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG