Accessibility links

İran məhkəməsi fəal və jurnalist Gülruh İrayini beş il həbs cəzasına məhkum edib


Gülruh İrayi
Gülruh İrayi

Tərəfdarlarının bildirdiyinə görə, İranın apellyasiya məhkəməsi etiraz hərəkatı başlayanda həbs olunan tanınmış fəal və jurnalist Gülruh İrayini 5 il müddətinə həbs edib.

İnsan haqları qrupları bildiriblər ki, İrayi qanunsuz toplantılarda iştirak etmək və milli təhlükəsizliyi pozmaq ittihamı ilə verdiyi hökmə görə apellyasiya məhkəməsinə getməkdən imtina edib və məhkəmənin legitimliyini tanımadığını bildirib.

O, keçən ilin sentyabr ayında qadınlar üçün sərt geyim qaydalarını pozması iddiası ilə həbs edilən Məhsa Əmininin ölümü ilə başlayan etiraz hərəkatı zamanı evinə edilən polis reydi zamanı həbs edilib.

Tərəfdarları tərəfindən yaradılan Twitter hesabında “280 gün Evin həbsxanasında saxlanılan Qülruh İrayi Tehran məhkəməsi tərəfindən 5 il müddətinə həbs cəzasına məhkum edilib” yazıb.

Birinci instansiya məhkəməsi apreldə ayında onu 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Daşqalaq cəzaları və həbsxana şəraiti kimi məsələlərlə bağlı kampaniyaları ilə tanınan İrayi etiraz hərəkatı zamanı da həbs edilmiş, lakin hazırda azadlıqda olan fəal Araş Sadeqinin həyat yoldaşıdır.

İranın etiraz hərəkatına qarşı repressiyaları zamanı həbs olunan bəzi fəallar son bir neçə ay ərzində etirazlar səngidiyi üçün sərbəst buraxılıb.

Lakin mükafat qazanan Nargiz Məhəmmədi, əmək haqları fəalı Sepide Gulian və ətraf mühit mühafizəsi üzrə fəallar Nilufər Bəyani və Sepide Kaşani kimi fəallar hələ də barmaqlıqlar arxasındadır.

Bu arada, Əmininin işini ifşa etməkdə ən çox əməyi olan iki qadın jurnalist – hər ikisi də sentyabr ayından bəri həbsdə olan Nilufər Hami və Elaheh Məhəmmədi – milli təhlükəsizliyə hədə ittihamı ilə Tehranda mühakimə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG