Accessibility links

Məhbəsdə olan iranlı jurnalist hökmün çıxarılmasını gözləyir


Məhbəsdə olan iranlı jurnalist hökmün çıxarılmasını gözləyir
Məhbəsdə olan iranlı jurnalist hökmün çıxarılmasını gözləyir

İLNA xəbər agentliyi Şiva Nəzər Əharinin vəkili Məhəmməd Şərifə istinadən onun işlə bağlı hökmün çıxarılacağını gözlədiyi haqda xəbər verib

İranın xəbər agentliyi və insan hüquqları qrupunun verdiyi məlumata görə, İranda ölüm hökmü ala biləcək insan haqları fəalı və jurnalistin bu gün məhkəməsi keçirilib.

İLNA xəbər agentliyi Şiva Nəzər Əharinin vəkili Məhəmməd Şərifə istinadən xəbər verib ki, o, hökmün çıxarılmasını gözləyir.

İran rəsmiləri Əharini 2009-cu ilin dekabr ayında həbs edib, onu Tehranda həbsxanada saxlayırlar. Onun vəkili və insan hüquqları qrupları bildirir ki, o, “Allaha qarşı müharibə etmək” ittihamı ilə ölüm hökmü ala bilər.

İran rəsmiləri Əharini Mücahidini Xalq qrupu ilə əlaqəsi olmaqda ittiham edirlər. Əhari fəaliyyəti qadağan olmuş qrupla əlaqəsi olduğunu inkar edir. O həmçinin rejimə qarşı təbliğat aparmaqda günahlandırılır.

İranda İnsan Hüquqlarına dair Beynəlxalq Kampaniya adlanan qrup bu gün açıqladığı bəyanatda Əharinin anasına istinad edib. Şəhrzad Kariman bildirib ki, onun şənbə günü məhkəmə zalına daxil olmasına icazə verilməyib və o, hökmün bir ay ərzində çıxarılacağını gözləyir.

XS
SM
MD
LG