Accessibility links

ABŞ-da dörd iranlı Amerikanın Səsinin jurnalistinin qaçırılmasını planlaşdırmaqda günahlandırılıb


ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, ABŞ prokurorları Amerikanın Səsinin jurnalistinin qaçırılması cəhdinin təşkili ilə əlaqədar İran kəşfiyyatı ilə əlaqəsi olduğundan şübhələnilən dörd İran vətəndaşına qarşı ittiham irəli sürüb.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, sui-qəsd cəhdinə İran kəşfiyyatı zabiti Əlireza Şavaroqi Faraxani rəhbərlik edib. Əməliyyatda daha üç nəfər iştirak etməli idi. Onların hamısı hazırda İrandadır. İttiham aktında deyilir ki, ABŞ-da mühacirətdə yaşayan jurnalist Washington Post qəzeti də daxil olmaqla, İranı kəskin tənqid edən materialların yayımlanması ilə əlaqədar maraq obyektinə çevrilib. İşin materiallarında jurnalistin adı göstərilməyib.

İttiham aktına görə, dörd İranlı Bruklində adı açıqlanmayan jurnalisti izləmək üçün saxta bəhanələrlə xüsusi detektivləri işə götürərək, həmin şəxsin ölkədən çıxarılması planının bir hissəsi olaraq onun ailəsi və evini videoya çəkməsini istəyiblər.

NBC televiziya şirkəti mənbələrinə istinadən Amerikanın Səsinin Fars xidmətinin əməkdaşı Məsih Əlinejaddan bəhs etdiyini bildirir. O, NBC-yə verdiyi müsahibədə bu məlumatı təsdiqləyib və Washington Post qəzetində 2020-ci ildə yazdığı bir məqalədə oğurlanmasına hazırlıq barədə öyrəndiklərini yazıb: "Dəhşətli bir hiss idi, amma bunun kimi bir şey gözləmədiyimi deyə bilmərəm. İran rejimi hər cür təhdidlər, məni susmağa məcbur etməyə çalışır."

İttiham aktında şübhəlilərin son altı ildə Nyu Yorkda yaşayan jurnalisti izləmək üçün xüsusi detektivləri işə götürdüyü deyilir. Dəniz yolu ilə hökuməti İranla sıx əlaqə saxladığı Venesuelaya nəql etmək imkanlarını araşdırıblar.

Təqsirləndirilənlər İran əleyhinə sanksiyaların pozulması, çirkli pulların yuyulması, maliyyə fırıldaqçılığında da ittiham olunurlar. Onları məhkum olduqları və həbs edildikləri təqdirdə ömürlük həbs cəzası gözləyir.

2020-ci ilin sonunda İranda jurnalist Ruhullah Zam edam edilmişdi. Hökm bir sıra məhkəmə iclaslarından sonra verilmişdi. Jurnalist "xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda" və "iğtişaşlara səbəb olduğu" üçün edam cəzasına məhkum edilmişdi. Millət vəkili küçə etirazlarının videolarını, aksiyalar cədvəlini, iştirakçılarına məsləhətlərini Telegram kanalında yayımlamışdı.

XS
SM
MD
LG