Accessibility links

ABŞ hərbi gəmilərini "təhdid edən" İranın kanoner qayıqlarını vura bilər


ABŞ və İranın hərbi gəmilərinin İran Körfəzində yaşadığı insidentdən sonra ABŞ prezidenti Donald Tramp çərşənbə günü bir də belə bir hal olarsa, İran gəmilərinə atəş açmağı əmr edib.

"Mən ABŞ Donanmasına təlimat vermişəm ki, bizim dənizdəki gəmilərimizi təhdid edən hər hansı və bütün İran gəmilərinə atəş açaraq onları məhv etsinlər." - Tramp Twitter səhifəsində yazıb.

Trampın bu göstərişi İranın yarı-hərbi İnqilab Keşikçiləri Qüvvələrinin keçən həftə İran Körfəzində təlimlər keçirdiyi zaman ABŞ-ın hərbi gəmilərinin"qeyri-peşəkar və təxribatçı hərəkətləri" ilə qarşılaşdıqlarını bildirməsindən bir neçə gün sonraya təsadüf edib.

Lakin ABŞ Donanmasının yaydığı videoda İranın kiçik sürətli gəmilərinin Amerikanın hərbi gəmilərinə yaxınlaşdığı göstərilib.

Trampın əmrindən bir neçə saat əvvəl İranın İnqilab Keşikçiləri Qvardiyası bir sıra uğursuz cəhdlərdən sonra ölkənin ilk hərbi peykini fəzaya göndərdiyini bildirib.

ABŞ İranın peyk proqramına etiraz edərək, bunun nüvə başlıqları daşıya biləcək ballistik raketlər istehsal etmək üçün istifadə olunacağını deyir.

İran isə nüvə proqramından yalnız dinc məqsədlər üçün istifadə olduğunu təkid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG