Accessibility links

Əli Xameneyi: İranın nüvə proqramına dair razılıq yekunlaşdırılmayıb


İranın ali ruhani rəhbəri Qərb ilə əldə olunan nüvə proqramı razılaşmasının yekun razılıq olmadığını vurğulayıb.

Ayətulla Əli Xameneyi deyib ki, o bunun nə lehinə, nə də əleyhinədir. Ruhani lider razılaşmanın icabari olmadığını bildirib.

Lakin İranın nüfuzlu rəsmisi bildirib ki, o, danışıqları dəstəkləməkdə davam edəcək Əli Xameneyi İranın şərəf və ləyaqətini qoruyacaq bütün kompromislərə açıq olduğunu deyib.

Tehran və Vaşinqtonun İrana qarşı beynəlxalq sanskiyaların ləğvi də daxil olmaqla, bir sıra əsas məqamlarla bağlı fərqli baxışlara malikdir.

İranprezidenti Həsən Ruhani bildirib ki, beynəlxalq sanksiyaların hamısı ləğv edilməsə, Tehran heç bir yekun razılığı qəbul etməyəcək.

İran və Qərb iyun ayının 30-dək fikir ayrılıqlarını həll etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qüvvələri Slovyansk şəhərinə zərbələri intensivləşdirib
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG