Accessibility links

İranın yanacaqdoldurma stansiyaları kiber-hücuma məruz qalıb


İran mediasının bildirdiyinə görə, ölkənin yanacaqdoldurma stansiyaları kiber-hücumun hədəfinə çevrilib və nəticədə çox sayda avtomobil bağlı yanacaqdoldurma stansiyalarında uzun növbələrdə qalmalı olub.

Yarı-rəsmi İSNA xəbər agentliyi hücumun yanacaq subsidiyalarını idarə edən hökumət sistemini hədəf aldığını bildirib.

Associated Press agentliyi müxbirlərinin paytaxt Tehrandakı yanacaqdoldurma stansiyalarında uzun növbələri görüklərini bildirib.

"Bir neçə saatdır ki, yanacaqdoldurma məntəqələrinin yenidən açılmasını gözləyirəm ki, yanacaq doldura bilim. Hara getdimsə, heç yerdə yanacaq yoxdur" - deyə, adının Fərzin olduğunu motosikletçi bildirib.

İSNA bildirib ki, insanlar hökumətin subsidiya kartları ilə yanacaq almağa çalışdıqları zaman onlara “Kiber-hücum 64411” mesajı gəlib.

Yayda ölkənin dəmir yolu sisteminə edilən kiber-hücum zamanı da eyni mesaj gəlmişdi.

İranlıların əksəriyyəti subsidiya kartlarından istifadə edir ki, bu da onlara dünyanın qalan hissəsi ilə müqayisədə yanacağı çox aşağı qiymətə almağa imkan verir.

İran dövlət televiziyası rəsmilərin haker hücumu məsələsini həll etmək üçün fövqəladə iclas keçirdiyini bildirib.

İrandan xaricdə yerləşən bəzi farsdilli xəbər agentlikləri İsfahan şəhərində çəkilən "Xameneyi, qazımız haradadır?" yazılan elektron reklam lövhəsini nümayiş etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG