Accessibility links

İranda 12 sentyabr kino günü kimi qeyd edilib


İranda 12 sentyabr kino günü kimi qeyd edilib. Həmin gün münasibətilə Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində tədbir keçirilib.

İSNA xəbər agentliyinin məlumat;na əsasən, Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslam İrşad idarəsinin baş direktoru Nasir Xudayari deyib ki, ölkədəki kino oturacaqlarının standartı hər 100 nəfər üçün birdir, təəssüf ki, vilayətimizdə hər min nəfər üçün birdir.

O, həmçinin bildirib ki, hazırda vilayətdə 23 qeyri-aktiv, yarı-aktiv və aktiv kinoteatrvar. Təəssüf ki, son illər vilayətin kino sənəti inkişaf etmək əvəzinə tənəzzül edir. Təəssüf ki, mövcud kinoteatrları canlandırmaq üçün heç bir cəhd göstərilmir.

Qərbi Azərbaycanda kino və televiziya direktoru Baqir Piran isə həmin tədbirdə çıxış edərək, vilayətdə film çəkmə sahəsində peşəkar və bacarıqlı şəxslərə dəstək verməyin zərurətini vurğulayıb, onların ölkənin mərkəzi Tehrana köçməsinin qarşısının alınmalı olduğunu qeyd edib.

Vilayətin yerli direktoru bildirib ki, Qərbi Azərbaycanın zəngin film çəkmə tarixinə baxmayaraq, təəssüf ki, bu sahədə bir universiteti yoxdur: "Hal hazırda 70 tələbə ilə yalnız bir konservatoriya vardır."

Mehdiyan Qərbi Azərbaycan Gənc Kino Dərnəyinin sədri həmin tədbirin digər məruzəçisi ilin əvvəlindən bəri vilayət filmlərinin dörd yerli və xarici festivalda mükafat qazandığını bildirərək, kinorejissorların problemlərinə də toxunub: "Təəssüf ki, vilayətdə olan film çəkilişinin bütün avadanlıqları köhnədir və yeni film çəkmə avadanlığı ilə təchiz olunması üçün maliyyə təmin olunmasına ehtiyac vardır."

Vilayətdə keçirilən son Kino Festivalından 23 il keçir.

Son zamanlarda Urmu gölü haqda qısametrajlı "Muzey" filmi Amerikanın Queen Palm festivalında bürünc medal qazanmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG