Accessibility links

İranda koronavirusdan ölənlərin sayı 354 oldu


İranda son 24 saat ərzində yeni koronavirus səbəbindən 62 nəfər ölüb. Beləliklə, çərşənbə günü hökumət ölkə daxilində ölənlərin sayının 354-ə çatdığını bildirib.

İranın Səhiyyə Nazirliyinin məlumatında ölümcül virusun ölkənin bütün vilayətlərinə yayıldığını və son ölüm hallarının İranda təsdiqlənmiş 9000 nəfər yoluxan xəstə arasında olduğunu bildirilib.

Yaxın Şərqdə koronavirusa yoluxan və onun səbəb olduğu COVID-19 xəstəliyinə tutulan 9,700 insanın böyük əksəriyyəti İranın özündədir və ya bu yaxınlarda oradan qayıdıb. İslam Respublikası virusun episentri Çindən sonra dünyada ən çox ölüm hallarının baş verdiyi ölkələrdən biridır. İrandan sonra Yaxın Şərqdə İraq, Misir və Livanda virusdan ölüm halları qeydə alınıb.

Körfəz ərəb ölkəsi Bəhreynin rəsmiləri çərşənbə günü təsdiqlənmiş halların sayının təxminən 70% artaraq, 189 nəfər olduğunu təsdiqləyib. Yeni 77 yoluxma halı İrandan Bəhreynə qayıdanlar arasında qeyd edilib.

İran daxilində virusun yayılması və ölüm hallarının hökumətin təsdiqlədiyi rəqəmlərdən qat-qat çox olması ilə bağlı narahatlıqlar mövcuddur. İranda ölüm halları ilə bağlı hər gün artan rəqəmlər yeni koronavirusa qarşı mübarizənin bitmədiyinə işarədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG