Accessibility links

İranda koronavirusdan ölənlərin sayı 3113-ə çatıb


İranda son 24 saatda 124 nəfərin ölümü ilə koronavirusdan ölənlərin sayı 3113-ə çatıb. Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur cümə axşamı dövlət televiziyasına açıqlamasında ölkədə 50 468 yoluxma halının olduğunu bildirib.

"Bizdə yoluxanlardan 3 956 nəfərin vəziyyəti çox ağırdır. Son 24 saat ərzində 2875 yeni yoluxma hadisəsi olub, 6 711 nəfər müalicə olunub" , Cahanpur deyib.

Çərşənbə günü İran prezidenti koronavirusun meydana gəldiyi bir vaxt ABŞ-ın onun ölkəsinə qarşı sanksiyalarını qaldırılması üçün tarixi bir fürsəti əldən verdiyini və buna baxmayaraq sanksiyaların virusa qarşı mübarizəyə mane olmadığını deyib.

Çin və BMT ABŞ-ı koronavirusun 3000-dən çox insanın öıdüyü, 48 000-ə qədər insanın yoluxduğu İrana qarşı tətbiq etdiyi sanksiyaları yüngülləşdirməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG