Accessibility links

İranın koronavirusa yoluxan rəsmisi vəfat edib


Dövlət radiosunun bildirdiyinə görə, İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyinin Məsləhət Şurasının koronavirusa yoluxan üzvü bazar ertəsi vəfat edib. Bu, İslam Respublikası rəhbərliyində xəstəliyə yoluxaraq ölən ilk yüksək vəzifəli şəxsdır.

Nəzarət Şurasının üzvü Məhəmməd Mirməhəmmədinin ölümü İranın virusa yoluxan 1501 nəfər arasında 66-nın öldüyünü elan etməsindən sonra baş verib.

İran koronaviruşun episentri olan Çindən sonra dünyada ən çox ölüm halı qeydə alınan ölkədir.

Dövlət radiosunun verdiyi məlumata görə, 71 yaşlı Mirməhəmmədi Tehranın şimalındakı xəstəxanasında ölüb.

Şura ali dini rəhbər Ayətulla Əli Xameneiyə məsləhət verməklə yanaşı, parlamentlə mövcud olan mübahisələri də həll etməyə çalışır.

Virusa yoluxanlar arasında 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirən və 444 günlük girov böhranına səbəb olan tələbələrin ingilisdilli nümayəndəsi, "Bacı Məryəm" adı ilə tanınan vitse-prezident Masumə Ebtekar da var. Virusa eləcə də İran hökumətinin koronavirusla mübarizə qrupunun rəhbəri İrəc Hərirci də yoluxub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG