Accessibility links

İran hökuməti cümə namazlarını ləğv edib


İran ölkə boyu bütün məktəbləri bağlayıb və Çindən kənarda koronavirusun ən çox yayıldığı yer olaraq bununla mübarizə aparmaq üçün bir sıra yeni tədbirlər görüb.

Səhiyyə naziri Səid Naməki cümə axşamı mətbuat konfransında martın 20-nə, İranın təqvim ilinin sonuna qədər bütün məktəblərin və universitetlərin bağlı qalacağını və böyük şəhərlər arasında gediş-gəlişi məhdudlaşdırmaq üçün nəzarət məntəqələrindən istifadə ediləcəyini deyib.

"İnsanlar bunun səyahət etmək üçün bir fürsət olduğunu düşünməməlidir. Onlar evdə qalmalı və xəbərdarlıqlarımızı ciddi qəbul etməlidirlər" - deyə, Səid Naməki televiziya ilə nümayiş etdirilən mətbuat konfransında bildirib.

Bu addımlar rəsmilərin İranda koronavirus (COVID-19) səbəbindən ölənlərin sayının 107-yə yüksəldiyini, təsdiqlənmiş yoluxma hadisələrin sayının isə 3513-ə çatdığını bildirməsindən sonra atılıb.

Martın 4-də prezident Həsən Ruhani koronavirusun İranın demək olar ki, bütün vilayətlərində aşkarlandığını bildirib, bir çox mütəxəssis isə həm ölənlərin, həm də yoluxanların sayının daha yüksək ola biləcəyindən narahat olduğunu deyib.

Bu həftə İranın bütün vilayət paytaxtlarında cümə namazları ləğv edilib.

Naməki kağız pullardan istifadəyə məhdudiyyət də daxil edilməklə, iranlıların koronavirusun yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görə biləcəyini deyib.

O, eləcə də deyib ki, benzindoldurma məntəqələrində insanlar nəqliyyat vasitələrində qalmalı və bu işi işçilərin görməsinə imkan verməlidirlər.

XS
SM
MD
LG