Accessibility links

ABŞ 2022-ci ildə COVID-19 peyvəndi istehsalını bir milyard doza artırmağı hədəfləyir


ABŞ 2022-ci ildə COVID-19 peyvəndi istehsalını bir milyard doza artırmağı hədəfləyir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ 2022-ci ildə COVID-19 peyvəndi istehsalını bir milyard doza artırmağı hədəfləyir

Bayden administrasiyası bu həftə bildirib ki, ABŞ COVID-19 peyvəndi istehsalını 2022-ci ildə bir milyard dozadan çox artırmağı hədəfləyib. Səy və istehsalda nəzərdə tutulan artım ABŞ qanunvericilərinin daha varlı və daha kasıb ölkələr arasında qlobal peyvənd paylanması və peyvənd nisbətlərindəki ədalətsizliyi şübhə altına aldıqları bir vaxta təsadüf edir.

ABŞ peyvənd səyləri çərçivəsində bu günə qədər dünyanın 100-dən çox ölkəsini 235 milyondan çox peyvənd dozası ilə təmin edib və çərşənbə günü daha çox edəcəyini açıqlayıb. COVID-19-a Müdaxilə Qrupunun baş elmi işçisi, doktor Devid Kissler: “Biz qürurla deyə bilərik ki, bütün digər ölkələrin birlikdə ianə etdiyindən daha çox doza ianə etmişik. Biz getdikcə daha çox doza bağışlamağa davam edəcəyik və davam etməliyik. Hazırda biz dünyaya 1,2 milyard doza ianə edirik. Buraya ABŞ hökumətinin COVAX vasitəsilə ehtiyacı olan ölkələrə Pfizer vaksininin 1 milyard dozasını ianə etməsi də daxildir.“

Bu açıqlama Bayden administrasiyasına səyləri gücləndirmək üçün aylardır edilən təzyiqlərdən sonra edilib. Hətta Demokrat millət vəkilləri də Ağ Evin zəngin və kasıb ölkələr arasında peyvənd uçurumunu aradan qaldırmaq üçün niyə daha çox iş görmədiyini sual edir. Demokrat Rosa Delauro: “Birləşmiş Ştatlarda bir çoxumuz gücləndirici dozalar aldığımız zaman aşağı gəlirli ölkələrdə insanların 5%-dən azı bir dozanı alıb. Bəzi hesablamalara görə, dünya miqyasında peyvənd istehsalı və paylanmasında əhəmiyyətli artımlar olmazsa, 2023-cü ilə qədər aşağı gəlirli ölkələrdəki bir çox insan peyvənd almayacaq."

ABŞ-ın səhiyyə üzrə ekspertləri deyirlər ki, Şimali Amerika və Avropada peyvənd nisbətləri təxminən 50%-dirsə, Afrikada bu nisbətlər 10%-ə qədərdir.

ABŞ-ın Latın Amerikası və Karib hövzəsi ölkələrinə 50 milyon peyvənd dozası verməsinə baxmayaraq, qanunvericilər Bayden administrasiyasının səylərinin çox ləngidiyini deyir. Respublikaçı senator Marko Rubio: "Rusiya ilk peyvəndlərini 2021-ci ilin fevralında təhvil verdi. Çin ilk tədarükünü 2021-ci ilin martında etdi. Prezident Bayden administrasiyası isə peyvəndləri iyun ayına qədər çatdıra bilmədi."

Səhiyyə mütəxəssisləri qanunvericilərə ABŞ-ın peyvəndi bir sıra amillərə görə çatdırmadığını deyirlər. ABŞ Dövlət Departamentindən Kevin Oreyli: “Daxili tələblərə üstünlük verməli idik. İkincisi, ianə etdiyimiz hər şeyin təhlükəsiz və etibarlı olduğuna əmin olmaq üçün ciddi prosedurlardan keçirdik.“

COVID-19-la qlobal miqyasda mübarizədə mümkün bir dönüş nöqtəsi var. Cümə axşamı Pfizer ümumi dərman istehsalçılarına aşağı və orta gəlirli ölkələr üçün anti-viral həb istehsal etməyə icazə verəcəyini bildirib.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi bu həftə həmin həb üçün təcili icazənin nəzərdən keçirilməsinə başlayıb.

XS
SM
MD
LG