Accessibility links

İranda 85 000 məhbus müvəqqəti azadlığa buraxılıb


Ədliyyə Nazirliyi sözçüsünün bildirdiyinə görə, İran koronavirus epidemiyası səbəbilə siyasi məhbuslar da daxil olmaqla, 85 min nəfəri müvəqqəti olaraq azad edib.

Pamdemiyanın baş verdiyi Çindən sonra ən çox yoluxma halı olan İran coronavirusa 16169 min insanın yoluxduğunu, 988 nəfərin öldüyünü bildirib.

"Bu günə qədər təxminən 85000 məhbus sərbəst buraxılıb. Bundan əlavə həbsxanalarda baş vermiş yoluxma hallarına qarşı da mübarizə tədbirləri görülür" -deyə, nazirliyin sözçüsü Qulamhüseyin Esmaili bildirib.

Dövlət televiziyası ilə yayımlanan brifinqdə sərbəst buraxılanlar arasında siyasi məhbusların olub-olmadığını soruşulduqda, o, "bəli, təhlükəsizlik ittihamları ilə həbs olunan məhbusların təxminən 50% sərbəst buraxılıb" deyib. Lakin o, azad edilənlərin həbsxanaya nə vaxt qayıdacaqları barədə heç nə deməyib.

İran martın 9-da 70000 məhbusun sərbəst buraxıldığını elan etmişdi. Lakin onlardan heç biri siyasi məhbus deyildi.

ABŞ-ın İrandakı İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman Tehrandan virusun yayılmasının qarşısını almaq üçün bütün siyası məhbusların həddən artlq dolu həbsxanalardan müvəqqəti olaraq azad edilməsini istədiyini bildirib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İslam Respublikası son bir neçə gündə azı on siyasi məhbusu azad edib, lakin ən tanınmış siyasi məhbuslar həbsdə saxlanıb.

Martın 9-da məhbusların azad edilməməsindən əvvəl Rəhmaninin İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabata görə, İranda 189500 adamın həbsxanada olduğu bildirilib. Onların əksəriyyətini noyabrda hökumət əleyhinə etirazlar zamanı və ya sonra həbs olunanların təşkil etdiyi ehtimal olunur.

XS
SM
MD
LG