Accessibility links

İran etirazçıları uzunmüddətli həbs və minlərlə şallaq cəzasına məhkum edib


İranda cəzalandırılmaq qorxusu ilə adının açıqlanmasını istəməyən bir mənbənin verdiyi məlumata görə, bir cənub-qərbindəki şəhərində 2019-cu ilin noyabrında hökumət əleyhinə etirazlara qatılan 36 sakinə qarşı sərt cəzalar tətbiq edilib.

Cümə günü İrandan Amerikanın Səsinə danışan mənbə 36 etirazçıya qarşı cəzaların oktyabrın 22-də Xuzistan vilayətinin Behbahan şəhərinin cinayət məhkəməsi tərəfindın verildiyini bildirib.

Mənbənin bildirdiyinə görə, məhkəmə müttəhimləri ümumilikdə 109 il həbs və 2590 şallaq cəzasına məhkum edib. Bundan əlavə, məhkəmə həmin şəxslərin hər birinə təqribən 700 dollara bərabər olan 3 milyon tüməndən çox cərimə verib.

Məhkəmə hökmünün mənbə tərəfindən Amerikanın Səsinin Fars şöbəsinə təqdim edilən nüsxəsində nümayişçilərin ictimai asayişi pozmaqda, təhlükəsizlik agentlərinə tabe olmamaqda və ictimai əmlakı dağıtmaqda günahkar bilindiyi deyilir.

Mənbə Behbahan məhkəməsinin hakimi Rəsul Əsədpurun təqsirləndirilən şəxslər və onların vəkillərini oktyabrın 12-də keçirilən məhkəmə zamanı məhkəmə zalından kənarlaşdırdığını, yalnız yazılı müdafiə təqdim etmələrinə icazə verdiyini bildirib. Mənbə prokurorların ittihamların çoxu üçün heç bir dəlil təqdim etmədiyini iddia edib.

İran daxilində məlumat vermək qadağan edildiyi üçün Amerikanın Səsi məhkəmə prosesini müstəqil olaraq araşdıra bilməyib.

XS
SM
MD
LG