Accessibility links

İran məhkəməsi xristian məhbuslara bayramlara görə 10 günlük məzuniyyət verib


Evin həbsxanası
Evin həbsxanası

İran məhkəməsinin sədri bazar günü xristian məhbuslara bayramları ailələri ilə birlikdə keçirmələri üçün 10 günlük məzuniyyət verərək, ölkədəki azlıqlara münasibətdə nadir hallarda müşahidə edilən bir addım atıb.

Ədliyyə sisteminin Mizan Online saytının bildirdiyinə görə, Qulam Hüseyin Möhseni Əcəyi bütün ölkə boyu rəsmilərə xristin məhbuslara məzuniyyət verilməsinə dair göstəriş verib.

“Qərar Yeni 2022-ci ilin və İsa Məsihin anadan olmasının ildönümünün qeyd edilməsi məqsədilə verilib ” - deyə, saytda qeyd edilib.

Mizan Online nə qədər xristian məhbusun məzuniyyətdən faydalanacağı və ya 10 günlük müddətin nə vaxt başlayacağı haqda məlumat verməyib.

Bununla belə,qərarda təhlükəsizliyi pozmaq, mütəşəkkil cinayətkarlıq, adam oğurluğu, silahlı soyğunçuluqda təqsirli bilinən və ölüm cəzasına məhkum edilmiş məhbusların istisna ediləcəyi bildirilib.

Yerli medianın məlumatına görə, xristianlar İranın çoxu şiə müsəlman olan 83 milyonluq əhalisinin yalnız 1%-ni təşkil edir.

İranda xristianların əksəriyyəti Milad bayramını yanvarın 6-da qeyd edən ermənilərdir.

İlin həmin vaxtlarında Tehranda və ölkənin böyük şəhərlərində bəzi mağazalar dekorasiyalarla bəzədilir, Milad ağacları qoyulur və Santa Klaus geyimində insanlar mağazaların qarşısında dayanır.

İranın ali dili lideri Ayətulla Əli Xameneyi müsəlman bayramları ilə əlaqədar olaraq məhbusları tez-tez əfv edir və ya onların cəza müddətini qısaldır.

Lakin İran hökumətinin ölkədəki xristian azlıqların üzvləri ilə bağlı belə addım atması nadir hallarda həyata keçirilir.

Rəsmi İRNA xəbər agentliyinin bildirdiyinə görə, bu il İran prezidenti İbrahim Rəisi Milad ərəfəsində 1980-1988-ci illərdə İran-İraq müharibəsində həlak olmuş xristian erməni “şəhid”in Tehrandakı ailələsini ziyarət edib.

XS
SM
MD
LG