Accessibility links

İranın `Mahan Air` şirkəti qadağaya baxmayaraq Çinə uçuşları bir neçə gün davam etdirib


İranın `Mahan Air` hava yollarına məxsus təyyarəsi Çindən son uçuşlarını İran rəsmilərinin Çindəki koronavirusun yayılmasının qarşısını almaq üçün uçuşlara qadağa qoymasından üç gün sonra dayandırıb.

Tehranın İmam Xomeyni beynəlxalq hava limanının veb səhifəsi İran vaxtı ilə səhər 4:30-dan səhər 5:00-dək Şenjen, Pekin və Şanxaydan W586, W578 və W576 reyslərinin gəlişini göstərib.

İranın səhiyyə naziri Səid Nəməki cümə günü Tvitter səhifəsində Çinə və oradan gələn bütün uçuşlara müvəqqəti qadağa qoyulduğunu, hökumətin onun istəyi ilə bu addımı atdığını bildirmişdi. Çin Ümumdünya Səhiyyə Təşkilatının keçən ay səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət elan etdiyi ölümcül koronavirus epidemiyasının mərkəzidir.

Nəməki eləcə də Çindən qayıtmaq istəyən iranlıların İrana tibbi müşayiətlə qayıdacaqlarını bildirib.

İranlı jurnalistlər bazar günü `Mahan Air’in Çin istiqamətinə uçuşlarını davam etdiyini və qadağanın dərhal həyata keçirilmədiyi haqda məlumat verib. Bu məlumatlar İran daxilində narahatlıqlara səbəb olub, Şiraz şəhərini təmsil edən bir millət vəkili isə öz narazılığını Tvitter səhifəsində ifadə edib.

İranın dövlət tərəfindən təsdiqlənmiş xəbər saytı `Tabnak` bazar ertəsi `Mahan Air’ hava yollarını virus səbəbi ilə Çinə uçuşlarını dayandıran digər beynəlxalq hava yollarının işini ələ keçirməkdə və öz mənfəətini iranlıların sağlamlığından daha üstün tutmaqda ittiham etdiyini yazıb.

XS
SM
MD
LG