Accessibility links

İran məscidlərində namaz maskasız qılınır


İranın dövlət televiziyası ilə ibadət edən insanların hökumətin maska taxmaq göstərişinə əməl etmədiyi göstərilib.

IRIB kanalı ilə Kerman vilayətinin 3 şəhəri - Rudbar, Kahnuc və Mənican şəhərlərində qadın və kişilərin dua edərkən maskasız olduğu nümayiş etdirilib. Yalnız Riqan rayonunda insanların maska taxdığı bildirilib.

Kişilərin yarım metr məsafə saxladığı da nümayiş etdirilib.
Müsəlmanlar adətən islam qanunlarına görə namaz qılarkən çiyin-çiyinə dayanır.

Mayın 4-dən İranda koronavirusun nisbətən az yayıldığı regionlarda məscidlər yenidən açılıb. Bunu Prezident Həsən Ruhani dövlət televiziyasında deyib.

Virusa qarşı işçi qrupun iclasında Ruhani deyib ki, 132 mahalda, İranda inzibati ərazi vahidlərinin üçdə birində məscidlər açılacaq.

“Sosial məsafə kollektiv ibadətdən daha vacibdir”, Ruhani sözlərinə əlavə edib. O, islamda təhlükəsizliyin vacib sayıldığını, məscidlərdə ibadətin isə “tövsiyə olunduğunu” söyləyib.

Prezidentin sözlərinə görə, komitə mayın 16-dan məktəbləri açmağı da nəzərdən keçirir. Yay tətilinədək dərslər bir ay davam edə bilər.

Çərşənbə axşamı Amerikanın Səsinə müsahibə verən qlobal səhiyyə alimi Kamiar Alayi deyib ki, İranın 15 vilayətində virusa yoluxma hallarının artmasına hökumətin biznes fəaliyyətinin 3 həftə əvvəl açması səbəb olub.

“Açılış və qapanış qərarından asılı olmayaraq yürüdülən siyasət 3 həftə ərzində koronavirusa yoluxma hallarının təsirləri müəyyən edilməli idi” - deyə, Nyu-York ştatının Beynəlxalq Səhiyyə və Təhsil İnstitutunun həm-prezidenti Alayi bildirib.

O deyib ki, bəzi bölgələrdə məscidlər və məktəblərin açılması ağılsızlıqdır. Belə ki, dindarların fiziki yaxınlığı, uşaqların məktəblərdə fiziki təması ilə virus daha çox yayıla bilər.

Alayi gələn bir iki həftə ərzində İranın 15 vilayətində vurusun zirvə nöqtəsinə çatacağını proqnozlaşdırıb.

İranda koronavirus pandemiyasından 6 150-dən çox insan vəfat edib, 96 440-dan çox insan yoluxub.

Martın 10-an bəri ən az yoluxma mayın 2-də qeydə alınıb.

Amma həm İrandakı, həm də xaricdəki ekspertlər və məmurlar rəsmi rəqəmlərə şübhə ilə yanaşır, real mənzərənin daha ağır ola biləcəyini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG