Accessibility links

Ərdəbildə irqçiliyə qarşı etirazlara qatılanların cəzası qüvvədə saxlanılıb


Ötən ilin noyabr ayında İranda türklərə qarşı yürüdülən ayrıseçkilik siyasətinə etiraz olaraq Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti-irqçilik” aksiyalarına qatıldıqları üçün Ərdəbildə mühakimə edilmiş beş fəala qarşı çıxarılan 3 ay və 1 günlük həbs cazəsı apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Səid Sadıqifər, Tovhid Əmir Əmini, Saleh Piçqanlı, Meysəm Colani və Möhsün Möhsünzadə ötən ilin dekabr ayında İran İnqilab Məhkəməsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilmişdilər.

Amerikanın Səsinin fəalların yaxınlarından əldə etdiyi məhkəmə sənədinin surətinə əsasən, həbs cəzası alanların appelyasiya şikayətini dəyərləndirən Ərdəbil Appelyasiya Məhkəməsi 2-ci şöbəsinin sədri hakim Ənvər İskəndərzadə şikayət ərizəsində qeyd edilmiş məqamların “keçmişdəki sözlərin təkrarı” olduğunu irəli sürərək inqilab məhkəməsinin hökmünü təsdiq edib.

Həmçinin İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi Xiyavda (Meşginşəhr) təşkil olunan “anti-irqçilik” etirazlarında saxlanılan Sina İrşadi və Siyamək Seyfi barəsində bəraət hökmü çıxarıldığını xəbər verir. İki türk fəal separatçılıq ittihamı ilə mühakimə edilmişdilər.

Bu fəallar keçən ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlara qatıldıqları zaman həbs edilib, daha sonra müvəqqəti olaraq sərbəst buraxılıblar.

Həmin kütləvi etirazlara qatıldıqları zaman Təbrizdə həbs edilən 23 gənc qadın və kişi isə keçən günlərdə 74 şallaq və bir il həbs cəzasına məhkum olunublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG