Accessibility links

İran: Senatorların məktubu o deməkdir ki, ABŞ-a etibar edə bilmərik


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif

İranın Xarici İşlər naziri deyib ki, ABŞ-ın bir qrup respublikaçı senatorunun Tehranla nüvə proqramına dair mümkün razılaşmanın prezident Barak Obamanın vəzifədən getməsindən sonra ləğv ediləcəyinə dair xəbərdarlığı Birləşmiş Ştatlara etibar etməyin mümkün olmadığını göstərir.

Məhəmməd Cavad Zərif Tehranda ölkənin yüksək dini qurumu olan Üləmalar Məclisinə, ABŞ-ın 47 qanunvericisindən gələn məktubun presedenti olmadığını və qeyri-diplomatik xarakter daşıdığını bildirib. “Əslində, bu bizə Birləşmiş Ştatlara etibar edə bilmədiyimizi deyir”-deyə o bildirib.

Senatorların məktubunda İran liderlərinə cənab Obamanın Tehranla müzakirə etdiyi hər hansı bir razılığın onun 2017-ci ildə vəzifə müddəti bitənə qədər qüvvədə qalacağı ilə bağlı xəbərdarlıq edilir.

ABŞ-ın başqa ölkələrin hökumətləri ilə xarici siyasəti ölkə prezidentləri və diplomatlar səviyyəsində həyata keçirilir və buna görə də qanunvericilərin məktub vasitəsilə birbaşa müdaxiləsi cənab Obama tərəfindən qəzəblə qarşılanıb.

XS
SM
MD
LG