Accessibility links

İran Azərbaycanında Qaradağ meşələri yoxolma təhlükəsi ilə üzləşib


Son zamanlar Qızılqarın kəpənəkləri Qaradağ meşələrinin məhvi təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Amerikanın səsinə göndərilən Şərqi Azərbaycan vilayətinin Kəleybər rayonunda yerləşən Məkidi Dərəsi meşəsinə aid olan fotolarda ağacların quruduğunu və yarpaqlarının məhv edildiyi müşahidə olunur.

Elmi adı Euproctis chrysorrhoea olan Qızılqarın kəpənək zərərverici həşəratı ağacların yarpaqlarını yeyərək meşənin ağaclarını yarpaqsız hala gətirir və bir sonrakı mərhələdə digər həşəratlərin yaşamına zəmin hazırlamaqla meşəni tamamı ilə yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Əhər şəhərinin millət vəkili Əhəd Məhərrəmzadə Mehrnews xəbər agentliyinə deyib ki, Əhər və Fındıqli meşəsində geniş miqyasda yayılan Qızılqarın kəpənək zərərvericisi bölgənin əkinçiliyinə koronavirusdan daha çox zərər verib.

“Əhər şəhərinin Fındıqli meşəsindəki Qızılqarın kəpənək zərərvericisinə yoluxmuş ərazilərdə havadan zəhər püskürtməyə ehtiyacımız var, çünki bu zərərvericinin yayılması bu şəhərin meşələrinə düzəlməz bir şəkildə zərər verə bilər”- deyə, millət vəkili bildirib.

İran Meşə Mühafizəsi İdarəsinin direktoru Davər Namdar isə Əhər rayonunun meşələrinin 500 hektarında bu zərərvericinin yayıldığını və ağaclara ciddi zərər verdiyini açıqlayıb.

Şərqi Azərbaycan Təbii Sərvətlər İdarəsinin baş direktoru Rəhim Mehrdadi isə ölkənin Meşə Mühafizə İdarəsinin havadan zəhər püskürtmək üçün helikopter və təyyarəsinin olmadığını və lazım olsa böhranlı durum bildirməklə Tehrandan tələb etməli olacağını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG