Accessibility links

İsrail İrana qarşı daha sərt addımlara çağırır


İranla uzun müddətdir təxirə salınan nüvə danışıqlarının bərpası böyük çətinliklərlə başlayıb. Belə ki, İran öz bildiyini irəli sürüb, danışıqlar aparan tərəflər isə məyusluq və bədbinliklərini açıq şəkildə dilə gətirib.

Keçən həftə Vyanada beş günlük danışıqlar başa çatdıqdan sonra ABŞ İranın ciddi olmadığını bildirib. Avropalı diplomatlar İranı əvvəlki vədlərindən geri çəkilməkdə ittiham edib. Hətta İranla daha yaxın münasibəti olan Rusiya bu ölkənin prosesə sadiqliyini şübhə altına alıb. Danışıqların nəticələrində maraqlı olan müşahidəçi İsrail ritorikasını gücləndirib və iki yüksək səviyyəli təhlükəsizlik rəsmisini məsləhətləşmələr aparmaq üçün Vaşinqtona göndərməyə hazırlaşır.

"Mən Vyanada İranla danışıqlar aparan hər bir ölkəni sərt mövqe tutmağa və İrana uranı zənginləşdirməklə eyni zamanda danışıqlar apara bilməyəcəyini başa salmağa çağırıram" - deyə, Baş nazir Naftali Bennet bazar günü bildirib və əlavə edib ki, ”İranın qaydaları pozması ona baha başa gəlməlidir”.

Keçən həftəki danışıqların bəlkə də ən ümidverici nəticəsi danışıqların davam etdirilməsi ilə bağlı razılaşma olub. Müzakirəçilər yaxın günlərdə yenidən toplaşdıqda keçən həftə müşahidə edilən geniş boşluqların ciddi böhran əlaməti olub-olmadığı daha aydın ola bilər.

Danışıqlar İran və dünyanın altı qüdrəti arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasının bərpası məqsədi daşıyır. Prezident Barak Obamanın rəhbərlik etdiyi bu razılaşma İranın nüvə proqramını məhdudlaşdırması müqabilində onu sarsıdan sanksiyalardan azad etməli idi.

Sabiq ABŞ Prezidenti Donald Trampın administrasiyası 2018-ci ildə razılıqdan geri çəkilərək, onun İrana kifayət qədər təzyiq göstərmədiyini bildirib və ABŞ sanksiyalarını bərpa edib.

İran bundan bir il sonra cavab olaraq razılıqda nüvə fəaliyyətlərinə tətbiq olunan məhdudiyyətləri açıq şəkildə pozmağa başlayıb. Trampın xələfi Prezident Co Bayden deyib ki, İran razılığa əməl etdiyi təqdirdə, o da bunu etməyə hazırdır.

XS
SM
MD
LG