Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana dəvət olunub


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi

2015-ci ildə imzalanmış nüvə sazişinə qayıdılmasına dair dünya gücləri ilə danışıqların bərpasının gözləndiyi ərəfədə İran hakimiyyəti ilə təmasların olmaması ilə bağlı narahatlıqlar mövcuddur. BMT-nin nüvə üzrə Müşahidə Təşkilatının rəhbərinin İrana dəvət edildiyi bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi "Tehrana dəvət olunub. Bununla bağlı tarix müəyyən edilib və biz onun qeyd olunan tarixə cavabını gözləyirik. O, yəqin ki, tezliklə İrana səfər edəcək” - deyə, İran hökumətinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə jurnalistlərə deyib ki, Qrossinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və ölkənin atom enerjisi üzrə rəhbəri ilə görüşəcəyi gözlənilir. “Biz ondan cavab gözləyirik” - deyə, o əlavə edib.

Bu açıqlama keçən həftə Qrossinin İran hökuməti ilə təmasda olmamasını “heyrətləndirici” adlandırmasından sonra verilib.

"Müzakirə etməli olduğumuz mövzuların uzun siyahısı var" - deyə, o bildirib.

Sonuncu dəfə sentyabr ayında Tehrana səfər edən Qrossi noyabrın 22-də MAQATE-nin Rəhbərlər Şurasının növbəti iclasına qədər İrana səfər edə biləcəyinə ümid etdiyini bildirib.

Dəvət noyabrın 29-da Vyanada İran və dünya qüdrətləri arasında 2015-ci ildə əldə edilmiş nüvə sazişini canlandırmaq məqsədi ilə danışıqların davam etdirilməsinin gözlənildiyi vaxta təsadüf edir.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan saziş sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyır.

Birləşmiş Ştatlar 2018-ci ildə o vaxtkı prezident Donald Trampın dövründə sazişdən çıxıb və İran o vaxtdan bəri nüvə proqramında fəallığını artırıb.

Trampın varisi, Prezident Co Bayden İranın müqaviləyə tam əməl edəcəyi təqdirdə yenidən pakta qoşulmaqda maraqlı olduğunu bildirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG