Accessibility links

İran Vyana danışıqları fonunda ABŞ-da həbsdə olan bütün iranlı məhbusların sərbəst buraxılmasını istəyir


İran hökumətinin sözçüsü Əli Rəibieyi

İran çərşənbə axşamı Tehran və Vaşinqtonu İranla dünya güdrətləri arasında nüvə razılaşması ilə bağlı razılaşmaya qaytarmaq məqsədi güdən Vyana danışıqları fonunda ABŞ-da həbsdə olan bütün iranlı məhbusların sərbəst buraxılmasını istədiyini bildirib.

Nazirlər Kabinetinin sözçüsü Əli Rəbieyi İranla Amerika arasında başqa bir məhbus mübadiləsinin mümkün olduğuna işarə edərək, “məhkumların mübadiləsi fikrinin həmişə gündəmdə olduğunu” deyib və əlavə edib ki, onlar “humanizmə əsaslanaraq” sərbəst buraxılmalıdır.

Rəbieyi ABŞ-da həbsdə neçə iranlının olduğu barədə məlumat verməyib və onların adlarının açıqlanmasının onlara zərər verə biləcəyini deyib. Lakin onun bildirdiyinə görə, "onların sayı Amerikadakı iranlı məhbusların sayından daha çoxdur."

2019-cu ildə məhkum mübadiləsi zamanı İran casusluq ittihamı ilə üç il həbsdə olan bir çinli-amerikalı alimi azad edib. O zaman Tehran Amerika rəsmilərinin 20-yə yaxın İran vətəndaşını həbsdə saxladığını demişdi.

İran vaxtaşırı ABŞ-la məhbus mübadiləsinə hazır olduğunu bildirib. Bu baş tutanda mübadilə Tehran və Vaşinqton arasında nadir diplomatik uğur kimi qiymətləndirilir.

Çərşənbə axşamı Rəbieyi İran məhkəmə orqanlarının da mübadilə üçün "hazır olduğunu" dilə gətirib. Onun açıqlamaları İran rəsmiləri tərəfindən iki həftədən az müddətdə mümkün məhbus mübadiləsi ilə bağlı verilən ikinci açıqlamadır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçən həftə Vyanada davam edən danışıqlar çərçivəsində Tehranın böyük bir məhbus mübadiləsinin həyata keçirəcəyinə ümid etdiyini demişdi. Dünya qüdrətləri ilə 2015-ci il nüvə razılaşması bənzər mübadilə ilə müşayiət olunmuşdu.

İran mətbuatı son günlər ABŞ-da nəzarətdə olan yeddi iranlının adını açıqlayıb. ABŞ isə müntəzəm olaraq İranın casusluq ittihamı ilə 10 il həbs cəzası çəkən Siyamək və Bakir Namazi də daxil olmaqla, amerikalı məhbusları sərbəst buraxmasını istəyir.

Şərhlərə bax

XS
SM
MD
LG