Accessibility links

Tanınmış insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi iranlı qadınları ölkə boyu küçələrə çıxmağa çağırıb


Nərgiz Məhəmmədi
Nərgiz Məhəmmədi

Tanınmış insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi İran hökumətinin qadınlara qarşı rəftarından qaynaqlanan və rejim əleyhinə aylardır davam edən etirazlar fonunda iranlı qadınları Beynəlxalq Qadınlar Günü qadın simvolları ilə ölkə boyu küçələrə çıxmağa çağırıb.

İranlı fəal martın 8-də Tehranın 16 illik həbs cəzasını çəkdiyi bədnam Evin həbsxanasından yazdığı mesajda "qadın və analıq simvolları ilə küçələri fəth etməyinizi" xahiş edirəm deyib.

Nargiz Məhəmmədi həbs cəzasına ölüm hökmünün ləğvi üçün kampaniya aparan insan haqları hərəkatının yaradılmasına və idarə olunmasına görə məhkum edilib.

Sentyabr ayında Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyi iddiası ilə polis nəzarətində olarkən ölümündən sonra qadınlar və hətta məktəbli qızlar da olmaqla, iranlılar küçələrə axışdı.

Məhəmmədi 8 Mart mesajında bildirib ki, hökumətin etirazlara qarşı qəddarcasına repressiyaları dövlət və qadınlar arasında "böyük uçurumu nümayiş etdirir".

"Hökumətlə qadınlar arasındakı məsələ siyasətdən kənardadır. İkisi arasındakı əsas münaqişə siyasi arenadan daha üstündür" - deyə, Məhəmmədi yazıb.

"Məhsanın ölümü bunun həqiqi əksidir və avtoritar dini rejimə qarşı niyə mübarizə apardığımızın parlaq nümunəsidir" - deyə, Məhəmmədi yazıb.

Bir neçə digər iranlı fəal da sosial mediada mesajlar paylaşaraq, etirazlarda qadınların oynadığı mühüm rolu nəzərə alıb və bu il İranda Beynəlxalq Qadınlar Gününün əhəmiyyətini qeyd edib.

Fəal və jurnalist Məsih Əlinejad Twitter səhifəsində "Qadınların kəşfiyyatçı olduqları, qızların əsiri olduqları baş örtüklərini yandırdığı, oğlan və kişilərin çiyin-çiyinə dayandığı gündən bəri uşaqları öldürən hökumətin nəfəsi kəsilməyə başladı" yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG