Accessibility links

Ekspertlər: Natanz obyektinə qarşı təxribat Tehranın müzakirələrdə gücünü zəiflədə bilər


ABŞ ilə İran bu həftə Vyanada birbaşa olmayan nüvə danışıqlarının ikinci mərhələsini planlaşdırdırdığı bir vaxt bəzi analitiklər İranın Natanz nüvə obyektinə qarşı təxribatın İranın mövqeyini zəiflədəcəyini, digərləri isə hər şeyin İranın cavabından asılı olacağını irəli sürür.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, ABŞ dolayı danışıqların Avstriya paytaxtında təyin olunduğu kimi apelin 13-də davam edəcəyini gözləyir.

Tərəflər dolayı danışıqların ilk raundunu aprelin 6-dan 9-dək Vyanada İngiltərə, Fransa, Almaniya, Çin və Rusiya nümayəndələrinin vasitəçiliyə ilə keçirilib.

"Keçirilən diplomatik müzakirələrin çətin və uzun olacağını gözləyirik. Bu müzakirələr üçün iştirak dəyişikliyi ilə bağlı bizə heç bir işarə verilməyib" - deyə, Psaki əlavə edib.

İran Natanz Yanacaq Zənginləşdirmə obyektində baş verən hadisədən sonra Vyana danışıqlarının ikinci mərhələsində iştirak etmək planlarında hər hansı bir dəyişiklik edildiyini açıq şəkildə bildirməyib.

İranın xarici işlər naziri Məhəmməd Zərif yeraltı nüvə obyekti Natanzın elektirikinin kəsilməsində İsraili günahlandırıb. Zərif aprelin 11-də baş verən hadisəni “nüvə terrorizmi” adlandırıb.

Bu səbəbdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə uran zənginləşdirmə sentrifuqaların zədələndiyini və İranın İsraildən intiqam alacağını deyib.

Hər zaman İranı nüvə fəaliyyətindən çəkindirəcəyi ilə hədələyən İsral isə hadisədə əli olduğunu nə təsdiq, nə də inkar edib.

Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İran mənşəli keçmiş məsləhətçisi Behruz Bayat hadisə nəticəsində Natanzın nüvə bombası istehsalının əsas tərkib hissəsi olan uranı zənginləşdirən birinci nəsil santrifuqaların gücünü kəsdiyinə inandığını deyib.

"Birinci nəsil santrifuqalar çox həssas və dəqiq cihazlar olduğundan çox güman ki, elektrik enerjisinin qəfildən kəsilməsi onlardan 5000-nə ziyan vuraraq istifadəyə yararsız edib" - deyə, Bayat Amerikanın Səsinə verdiyi müsahibədə bildirib.

O deyib ki, bu, təmir edilə bilməyəcəyi demək deyil, ancaq aylar çəkəcək və İranın zənginləşdirmə proqramı təxirə salınacaq.

İsrailin Kanal 13 şəbəkəsinin müxbiri Alon Ben-Davidin dediyinə görə, önümüzdəki aylarda Natanzda zənginləşmə qabiliyyəti olmadan İran danışıqlarda təzyiq vasitələrini itirəcək.

İran rəsmiləri Natanz hadisəsinə görə İsraildən intiqam alacağı ilə hədələyib.

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) analitiki Sima Şayn Amerikanın Səsinə bildirib ki, İranın cavab zərbəsi üçün bir neçə yolu var.

"Keçmişdə çalışmışdılar və əminəm ki, İsrailin mülki infrastrukturuna ciddi bir təsir bağışlayacaq qabiliyyətə sahib olduqları təqdirdə kiber sahədə yenidən çalışacaqlar" - deyə, Şayn bildirib.

INSS analitiki Eldad Şavit Amerikanın Səsinə verdiyi şərhdə İran və İsrail arasındakı artan gərginliyin Bayden administrasiyasını gərginliyin daha da böyüməsindən əvvəl İranla JCPOA razılığına gəlməyə çalışmasına məcbur edə biləcəyini deyib.

"Administrasiyanın indi JCPOA-ya qayıtmaq üçün strateji hədəfi olduğu və İrana qarşı alternativ bir siyasətə sahib olmadığı üçün iranlılarla razılığa gəlmək üçün daha çox təzyiq altında qalacaq ”- deyə Şavit bildirib.

Demokratiyanı Müdafiə Fondunun analitiki Behnam Ben Taleblu Amerikanın Səsinin Fars xidmətinə bildirib ki, İran ABŞ-a təzyiq göstərmək üçün nüvə eskalasiyası strategiyasını davam etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG